• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

MDU-nun iştirak etdiyi növbəti Erasmus+ layihəsinin icrasına start verilib

  • 16-05-2023, 15:37

 

2023-cü ilin mayın 15-də Azərbaycan Dövlət İqtisad Univesitetində (UNEC) Mingəçevir Dövlət Universitetinin (MDU) də tərəfdaşı olduğu “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” adlı Erasmus+ layihəsinin təqdimatı keçirilib.

 

Edupress.az xəbər verir ki, təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov, tərəfdaş universitetlərin rektorları və digər qonaqlar iştirak ediblər.

 

UNEC-in rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq, layihə barədə məlumat verib. Bildirib ki, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Rektor layihənin Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.

 

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko yaşıl iqtisadiyyat və bərpa olunan enerji mənbələrinin dünyada prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, UNEC-in koordinatoru olduğu layihəni bu baxımdan yüksək qiymətləndirib. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. Erasmus+ proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edən səfir, ölkə universitetlərini layihələrdə fəal iştirak etməyə çağırıb.

 

Layihənin icrasına başlanılması münasibətilə UNEC ailəsini, eləcə də layihənin bütün tərəfdaşlarını təbrik edən MDU-nun rektoru Şahin Bayramov seçilmiş mövzunun aktuallığından söhbət açıb. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinin Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərindən biri olduğunu vurğulayan Ş.Bayramov yaxın perspektivdə ölkəmizdə bərpa olunan enerji mənbələrindən və yaşıl texnologiyalardan istifadənin artacağını, bununla bağlı müvafiq sahələrdə keyfiyyətli kadr hazırlığına böyük ehtiyacın yaranacağını diqqətə çatdırıb. Bütün bunların ali təhsil müəssisələri üçün yeni vəzifələr müəyyən etdiyini bildirən rektor yaşıl konseptin və davamlı inkişaf təfəkkürünün tədris, tədqiqat, innovasiya və sosial fəaliyyətlərdə əksini tapmasında sözügedən layihənin önəmindən bəhs edib. Davamlı inkişaf əsaslı universitetə çevrilməyi strateji məqsədlərindən biri kimi müəyyən edən MDU-nun REFRESH layihəsində tərəfədaşlığa cəlb edilməsindən məmnunluğunu ifadə edən Ş.Bayramov yaradılan imkanlara və göstərilən dəstəyə görə təşəkkürünü bildirib, layihə komandasına uğurlar arzulayıb.

 

Tədbirdə, həmçinin, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

 

Qeyd edək ki, MDU-da Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində həm tələbə və müəllim mübadiləsi, həm də potensialın gücləndirilməsi layihələrində fəal iştiraka xüsusi önəm verilir. Ötən ilin sentyabrında MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı “Erasmus+” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib və icrasına başlanılıb. Bunlarla yanaşı, MDU İtaliyanın Floggia Universitetinin koordinatorluğu ilə “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU), Xəzər Universitetinin koordinatorluğu ilə “Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA) və UNEC-in koordinatorluğu ilə REFRESH adlı “Erasmus+” layihələrində tərəfdaş olaraq qəbul edilib.

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!