
Bakı şəhər Xətai rayon 245 nömrəli məktəb beynəlxalq E-twinning təhsil proqramının "Tell a Tale" layihəsində iştirak edib.
Edupress.az xəbər verir ki, məktəbin uşaq birliyinin rəhbəri Məsmə Nəcəfova, Kitabxana müdiri Sona Əlizadə və 3 c sinif rəhbəri Kəlbalıyeva Xəyalə Türkiyə məktəbləri ilə əməkdaşlıq çərçivəsində milli nağıllarımızı tanıdıblar.
Şagirdlər milli nağıllarımızı nəql edib, onları obrazlı şəkildə canlandırıb, əl işləri hazırlayıblar. Hər iki ölkənin şagirdləri bir- birləri ilə online şəkildə ünsiyyət qurub, fikir mübadiləsi həyata keçiriblər.
Layihənin sonunda təqdimatlarda aktiv iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim edilib.