• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Moskvada Azərbaycan Elm və Mədəniyyəti Günləri keçirilir

  • 17-05-2023, 08:30

Moskvada Azərbaycan Elm və Mədəniyyəti Günləri keçirilir

 

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar  Moskva İslam İnstitutunda Azərbaycan alimlərinin, tanınmış mədəniyyət və elm xadimlərinin qatıldıqları Azərbaycan Elm və Mədəniyyət Günlərində iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdədir.

 

Edupress.az xəbər verir ki, Aİİ rektoru səfər çərçivəsində bir sıra görüşlər keçirib.

A.Şirinov öncə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinovla görüşüb. Görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən baş tutacaq bir sıra tədbirlər barədə fikir mübadiləsi aparılıb. Hər iki ali təhsil müəssisəsinin rəhbəri ilahiyyat sahəsində peşəkar kadrların hazırlanmasının vacibliyi məsələsinə toxunub, qarşıda duran vəzifələr haqqında söhbət açıb.

İlahiyyat İnstitutunun rektoru daha sonra Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinlə görüşüb.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin, Rusiya Müftilər Şurasının sədri Şeyx Ravil Qaynutdin qonağı salamlayaraq, iki ölkə arasında elm, təhsil və maarifləndirmə sahəsində əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini vurğulayıb.

Dini lider iki ölkə arasında elmi əlaqələrin və dost münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, eləcə də  Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini bildirib. Qeyd edib ki, Sovet İttifaqının rəhbərlərindən biri olmuş, ağır sınaq illərində Azərbaycana başçılıq etmiş xalqın görkəmli oğlunun xatirəsi bir çox ölkədə hörmətlə anılır. Ümummilli Liderin yubileyi ilə əlaqədar Moskva İslam İnstitutunda Azərbaycan alimlərinin, tanınmış mədəniyyət və elm xadimlərinin iştirak etdikləri Azərbaycan Elm və Mədəniyyət Günlərinin keçiriləcəyini diqqətə çatdırıb. O, Aİİ rektoru Aqil Şirinovu da burada görməkdən məmnun olduğunu bildirib.

Rektor Aqil Şirinov görüş üçün Müftiyə təşəkkürünü bildirib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrikinə görə minnətdarlığını vurğulayıb. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Rektor Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında da geniş söhbət açıb.

A.Şirinov xalqımızın haqq savaşı olan, Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstəyə görə dini liderə dərin minnətdarlığını bildirib.

 

Görüşdə tərəflər arasında təhsil və elm sahələrində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Aİİ rektoru Aqil Şirinov səfər çərçivəsində Moskva Cümə Məscidini ziyarət edib.  Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Rafiq Fattahetdinovun 50 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsində təşkil olunan ziyafətdə iştirak edib.

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!