• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycanda MİQ imtahanı ödənişli olacaq?

  • 10-09-2025, 13:32

Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahan ödənişli olacaq.

Məlumata görə, məsələ ilə bağlı müzakirələr aparılıb və tezliklə bu barədə ictimaiyyətə rəsmi açıqlama veriləcək.

İmtahanın qiyməti hələlik məlum deyil, bir sıra həssas qrupa məxsus şəxslərin ödənişdən azad ediləcəyi bildirilir.

EduPress xəbər verir ki, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, sözügedən məsələ təhsil ictimaiyyətinin iradlarına səbəb ola bilər.

"Etiraf edim ki, onları bu iradlarında tam haqlı hesab etmək olar. Amma hələ ki praktiki olaraq nəsə baş verməyib və ümid edək ki, bu hal heç yaşanmayacaq", - deyə o qeyd edib.

 

E.Nuri bu yeniliyin - MİQ müsabiqəsinə qatılacaq müəllim və namizədlərdən qeydiyyat məqsədilə hər hansı ödəniş tələbinin doğru yanaşma olmadığını bildirib:

"Bildiyimə görə, dünya təcrübəsində belə bir praktika yoxdur. İndi bizdə bu yanaşmanın MİQ-ə hansı zərurətdən tətbiq olunmasını anlaya bilmirəm. Bu prosesi DİM daxilindəki imtahanlarla eyniləşdirə bilmərik. Çünki DİM dövlət qərarına əsasən, hüquqi cəhətdən publik-hüquqi şəxsdir və onun özünü maliyyələşdirmə müstəqilliyi var. Lakin MİQ müsabiqəsi bütün 4 mərhələsi ilə birlikdə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur. Təhsil siyasətinin əsas icraçı qüvvəsi olan nazirlik isə bu müsabiqələr üçün bəlli büdcə ayırır. Elə olan təqdirdə biz nədən müəllimlərdən MİQ-də iştirakları üçün ödəniş tələb etməliyik?!"

Onun sözlərinə görə, onsuz da son illər MİQ müsabiqəsi, onun faydalılığı ilə bağlı birmənalı fikirlər səslənilmir. MİQ-in xüsusən də vakansiya mərhələsindəki "sərt qaydalar" bu müsabiqəyə olan inamı xeyli sarsıdıb. Belə olan təqdirdə bu cür qərarın verilməsi isə sadəcə doğru hesab edilə bilməz:

"Son illərdə MİQ müsabiqəsinin az qala bütün mərhələləri (test imtahanı, müsahibə, vakansiya) ilə bağlı müəllim və namizədlər arasında çox ciddi narazılıqlar var. Bu il isə xüsusən də vakant yerlərin hədsiz azlığı, 92-93 ballıq nəticə göstərənlərin belə işlə təmin oluna bilməməsi müsabiqə ilə bağlı narazılıqları xeyli artırıb. Belə olan təqdirdə müsabiqədə iştirakın ödənişli əsaslarla olması narazılıqdan da çox, inciklik yaradacaq. Biz müəllim peşəsinə, bu peşəni seçən şəxslərə kifayət qədər həssas yanaşma sərgiləməliyik. Lakin bu yenilik nəinki MİQ-ə, həm də ümumilikdə müəllimlik ixtisasına olan marağı xeyli azalda bilər. Odur ki, on minlərlə müəllim kimi, mən də bu qərarla heç cür razı ola bilmərəm".

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!