bp-nin yeni regional prezidenti vəzifəsinin icrasına başladı-FOTO
01-10-2025, 11:44
Ciovanni Kristofoli bu gündən etibarən bp-nin Azərbaycan, Gürcüstan vbə Türkiyə üzrə yeni regional prezidenti vəzifəsində fəaliyyətinə başlayır.
Cio #bp-də 24 illik təcrübəyə malikdir və bu müddət ərzində texniki həllər, əməliyyatlar və iri layihələr sahəsində bir sıra rəhbər vəzifələrdə çalışıb. O, bp-nin Bakı ofisində fəaliyyət göstərəcək və regionda təhlükəsiz və səmərəli enerji təminatına olan öhdəliyimizi davam etdirəcək.
Fürsətdən istifadə edərək son 8 ildə regiondakı biznesimizə uğurla rəhbərlik etmiş Qəri Counza dərin minnətdarlığımızı bildiririk! Qərinin rəhbərliyi dövründə bp regionda bir sıra mühüm uğurlara imza atıb və tərəfdaşlıqlarını daha da gücləndirib.
Qəriyə təşəkkür edir və Cioya yeni vəzifəsində uğurlar arzulayırıq!