• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəb kitabxanaları – düşünən gəncliyin təməl beşiyi

  • 22-10-2025, 07:44

 

Tariximizin və mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan mədəniyyət ocaqlarından biri də kitabxanalardır. Təhsil prosesinin vacib tərkib hissəsi olan, insanlara bilik və maarif yolunda bələdçilik edən kitabxanalar zəngin mədəni irsimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz əhəmiyyət daşıyır.

Bu baxımdan məktəb kitabxanalarının rolu danılmazdır. Oxuma vərdişinin formalaşması, diqqətin inkişafı, müstəqil düşünmə və analiz bacarığı kitabla başlanır. Araşdırmalar göstərir ki, kitabxanadan mütəmadi istifadə edən şagirdlərdə təfəkkür çevikliyi, yaradıcılıq və tənqidi baxış daha güclü olur. Kitab insanın ən sadiq dostu, ən səssiz, amma ən dəyərli müəllimidir. O, bizə həyatı, insanlığı, sevgini, səbr və müdrikliyi öyrədir. Hər bir kitab bizə yeni bir dünyanın qapılarını açır, düşüncə və təxəyyül aləmimizi genişləndirir, yeni ideyalar və üfüqlər qazandırır.

Kitabxana isə bu bilik xəzinəsinin qorunduğu, toplanaraq gələcək nəsillərə ötürüldüyü müqəddəs bir məkandır. O, təkcə kitabların saxlandığı yer deyil, həm də elm, tərbiyə, mənəvi zənginlik və yaradıcılıq ocağıdır. Məhz məktəb kitabxanaları da şagirdlərin elmə, ədəbiyyata, tarixə və dünyanı dərk etməyə olan marağını artırır, onları düşünən, araşdıran, mütaliə edən fərdlərə çevirir. Kitabxanada hər kitab bir müəllim, hər oxucu isə yeni bir öyrənəndir.

Hər il 22 oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Günü dünyanın əksər ölkələrində qeyd olunur. Bu əlamətdar gün 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilib, 2005-ci ildən isə Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyası tərəfindən rəsmiləşdirilib. Hazırda bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, ölkəmizin məktəblərində də xüsusi olaraq qeyd olunur. Bu gün sadəcə bir tarix deyil, həm də bilik, maarif və oxu mədəniyyətinin bayramıdır. Onun qeyd olunması kitabın və kitabxananın elmin inkişafında, insan şəxsiyyətinin formalaşmasındakı rolunu bir daha təsdiq edir.

Məktəb kitabxanalarında keçirilən “Oxu saatı”, “Müəlliflə tanışlıq”, “Kitab müzakirəsi”, təqvim günləri, şəhidlərimizin qəhrəmanlığı və klassiklərimizin yaradıcılığı mövzularında təşkil olunan dəyirmi masalar kitabxanaların fəaliyyətində mühüm yer tutur. Belə tədbirlər şagirdlərdə yalnız bilik deyil, həm də emosional zəka və ünsiyyət bacarığını formalaşdırır. Bu gün məktəb kitabxanası həm də tədqiqat, yaradıcılıq və müstəqil öyrənmə mərkəzi kimi fəaliyyət göstərir. Təsadüfi deyil ki, UNESCO məktəb kitabxanalarını “öyrənmənin hər mərhələsində dayaq nöqtəsi” adlandırır. Çünki burada şagirdlər öz təfəkkürlərini formalaşdırır, intellektual sərvətə çevrilirlər.

Şagirdlərin mütəmadi olaraq dərsliklərlə təmin olunmasını əsaslı şəkildə həyata keçirən məktəb kitabxanaları həm də milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. Burada vətənpərvərlik mövzusunda kitablar, klassik ədəbiyyat nümunələri, Azərbaycan tarixi və mədəni irsi ilə bağlı nəşrlər, müxtəlif sahələri əhatə edən nəfis nəşrlər xüsusi yer tutur. Şübhəsiz ki, bu kitablar yeniyetmə və gənclərdə dövlətçilik ruhunu, vətənpərvərlik, milli kimlik və məsuliyyət hissini formalaşdırır.

Azərbaycan qanunvericiliyində və dövlət siyasətində kitabxanalar

Ölkəmizdə gənclərin sağlam, savadlı və vətənpərvər formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərin savadlı formalaşması üçün orta məktəblər baza rolunu oynayır. Kitabxanalar isə bu prosesdə mühüm yer tutur. Buna görə də kitabxana fondlarının zənginləşməsi hər zaman diqqət mərkəzində olub.

Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tutub. Kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyi hesab edən Ümummilli Liderin bu sahəyə göstərdiyi qayğı nəticəsində ölkənin kitabxana sistemi və şəbəkələri qorunub saxlanılıb, ixtisaslı kitabxanaçıların sayı artıb.

1996-cı ildə “Kitabxana işi haqqında” qərarın, 1998-ci ildə isə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 29 dekabr 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən imzalanmış və həmin gündən qüvvəyə minmiş Qanun, eləcə də 12 mart 1999-cu il tarixli Fərman bu sahədə sistemli fəaliyyətin əsasını qoydu.

Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam və 6 oktyabr 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm hüquqi baza yaratdı. Bütün bu addımlar kitab nəşrinin artmasına, kitabxanaların zənginləşməsinə, o cümlədən məktəb kitabxanalarının formalaşmasına ciddi təkan verdi.

“Elektron kitab asandır, amma kağız kitab dəyərlidir”

İnformasiya axınının gücləndiyi, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə kitabxanaların fəaliyyəti dəyişsə də, onların mahiyyəti eyni qalır. Müasir kitabxanalar həm ənənəvi çap resurslarını, həm də elektron bazaları bir arada təqdim edir. Elektron kitabxanalar axtarış və məlumat əldə etmə baxımından rahatlıq yaratsa da, kağız kitabla birbaşa təmasın verdiyi dərin hissi, düşüncə zövqünü və təxəyyül genişliyini əvəz edə bilmir. Məhz bu harmoniya müasir məktəblərin təhsil strategiyalarında “hibrid kitabxana” modelinin formalaşmasına səbəb olub. Lakin ənənəvi kitabxana sakitlik, diqqət və dəyərlərin qorunduğu məkan kimi öz üstünlüyünü qorumaqdadır.

Nümunə olaraq, Türkiyədə “Z-kitabxanalar” layihəsi çərçivəsində məktəblərdə rəngarəng, rahat və interaktiv oxu məkanları yaradılıb. Lakin paralel şəkildə ənənəvi kitab fondları da qorunur. Kitabxanaçıların sözləri ilə desək: “Elektron kitab asandır, amma kağız kitab dəyərlidir.”

Bu gün texnologiyanın geniş tətbiq olunduğu Yaponiyada məktəb kitabxanaları “ədəbiyyat mədəniyyətinin ocaqları” kimi fəaliyyət göstərir. Şagirdlər hər kitab təqdimatından əvvəl müəllifin həyatı və yaradıcılığı barədə təqdimatlar hazırlayır, bu da onların bilik, nitq və yaradıcılıq bacarıqlarını inkişaf etdirir. Bir çox Avropa ölkələrində məktəb kitabxanaları mahiyyətcə mərkəzi kitabxanalardan heç də geri qalmır. Bu kitabxanalar geniş ictimaiyyət üçün açıqdır. Valideynlər uşaqları ilə birlikdə kitab müzakirələrinə qatılır, oxu mədəniyyəti ailədən məktəbə, məktəbdən isə cəmiyyətə ötürülür.

Azərbaycan məktəb kitabxanaları da dünyada gedən müasir yanaşmaları tətbiq edir və bu istiqamətdə inkişafı diqqətdə saxlayır. Son illərdə kitabxana fondlarının yenilənməsi, elektron kataloqların yaradılması, oxu guşələrinin təşkili və ədəbi tədbirlərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. Müasir məktəb kitabxanası bu gün həm tədqiqat, həm müzakirə, həm də mənəvi inkişaf məkanı kimi fəaliyyət göstərir.

Bütün bu təşəbbüslər göstərir ki, məktəb kitabxanaları yalnız tədrisin deyil, həm də milli-mənəvi dəyərlərin, oxu mədəniyyətinin və düşünən gəncliyin formalaşmasının əsas dayaqlarıdır. Kitabxana bilik məbədi, hər zaman formalaşmaqda olan yaradıcı nəsillərin təməl beşiyidir. Odur ki, əziz oxucular, gəlin, kitab sevgisini daim yaşadaq, kitabı özümüzə ən yaxın dost, kitabxananı isə ikinci evimiz bilək!

 

186 nömrəli tam orta məktəbin

Kitabxana müdiri Zəminə Quliyeva


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!