• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Göy pencək”-Gənc müəllimdən təsirli hekayə

  • 31-10-2025, 06:28

Edupress.az Daha.az-a istinadən gənc müəllim  Günay Mirinin “Göy pencək” hekayəsini təqdim  edir.

 

Havalar qəflətən soyudu; göy üzünü qara buludlar aldı, acı külək əsdi.

Məktəb çantamı yığıb pəncərədən həyətə boylandım. Üşüyürdüm. Ayağımın birini götürüb, o birini qoyurdum. Bu soyuqda məktəbə necə gedəcəyimi düşünürdüm. Hirsimdən qəhər məni boğurdu.

Anam ayağına kündə bağlanmış məhbus kimi ağır addımlarla həyətdən evə tərəf gəlirdi. Əlində nəsə bir bükülü var idi. Qapı cırıldadı. Anam otağa girib qapını bağladı. Susub mənə xeyli baxdı, sonra bir neçə addım atıb, əlindəki bükülünü çəkinə-çəkinə mənə uzatdı…

O gün ömrümdə birinci dəfə anama cavab qaytardım; hikkə ilə, səsimi qaldırmaqla, sifətimi bozartmaqla. “Mən qız jaketi istəyirəm!” deyib bağırdım, anamın mənə uzatdığı göy pencəyi üstünə tolazladım. Pencək anama dəyib döşəməyə düşdü. Anam Tibet kahinləri kimi sonsuz təmkinlə pencəyi yerdən qaldırdı,  mülayim səslə astadan dedi:

– Qızım…

– Nə qızım!? – onun sözünü ağzında qoyub kükrədim, – mən oğlan pencəyi geyməyəcəyəm!

– Yad oğlan pencəyi deyil, mənim balam, qardaşının pencəyidir. Vallah, heç bilinməyəcək. Təki canın isti olsun, – anam pencəyi sığallayıb pilə kimi yumşaq səslə dedi. –  Neyləyim axı? Atan qayıtsaydı, alardı, –  anamın səsi kallaşdı.

Anamın təbəssümü çoxdan yadırğamış yaraşıqlı sifətinə hopmuş əlacsızlıq hissi kürümü yatırdı. Pencəyi alıb o üz-bu üzünə çevirdim. Hirsimi zorla boğub, pencəyi əynimə keçirdim.

Məktəblə evimizin arası on beş dəqiqəlik yol idi. Dərsə hamıdan tez getmək qərarına gəldim. Çantamı belimə şəllədim. Pencəyin ətəklərini çantanın altına yığdım ki, görünməsin. Çox adam görməsin deyə, ara yola buruldum. Gedə-gedə hər addımıma bir cümlə deyib, özümü sakitləşdirirdim: “Heç kim sənə fikir vermir. Belində çanta var. Çanta pencəyin ətəklərini yellənməyə qoymur.  Heç kim səni görmür. Çanta belini tutub. Pencək geydiyin bilinmir”.

Darvazadan girəndə də, məktəb binasının giriş qapısını açanda da mənə baxan olmadı. Sinfdə keçib çantanı partamın üstünə atdım, pencəyi cəld soyunub astarına çevirdim, gedib asılqandan asdım.

Sinif yoldaşlarım ikibir-üçbir sinfə doluşdular. Qızlar isti jaketlərini, oğlanlar gödəkcələrini soyunub sinif otağının arxa divarına bərkidilmiş asılqandan asdılar.

Dərsin ortasında karandaşımı qəsdən yerə atdım ki, gözucu asılqana baxım. Baxdım; qızlardan kiminsə yaşıl yun jaketi mənim göy pencəyimin üstündəki ilgəyə keçirilmişdi. Jaketin altından bir qarış sallanan astar qolları saymasaq, pencəyim görünmürdü! Dərindən nəfəs aldım.

Son dərsdə bərk həyəcanlandım. Tanrıya yalvardım ki, zəng çalınan kimi müəllimə jurnalı götürüb getsin. Getsə, uşaqlar basabasla paltarlarını götürər, evə cumarlar, mən də rahatca pencəyimi çantamın altında gizlədib evə gedərəm… Amma yox, istədiyim kimi olmadı, ola bilsin, acı küləyin vıyıltısı ünümü Tanrıya çatmağa qoymadı; dərs bitdi, zəng çalındı, uşaqlar bir-bir asılqandan paltarlarını alıb geyindilər, jurnalda qeydlər aparan müəllimə ilə sağollaşıb sakitcə sinifdən çıxdılar.

Asılqanda astarı parıldayan pencəyim tək qaldı. Müəllimə başını qaldırıb mənə baxdı, acıqla evə niyə getmədiyimi soruşdu. “Sabahkı dərsin tapşırığını edirəm, müəllimə, küləkdir, qorxuram, evdə işıqlar sönə, sabah dərsə hazırlıqsız gələm” – səsim titrəyə-tirəyə cavab verdim. Müəllimə dilinin altında nəsə dedi, dediklərini eşitməsəm də, anladım ki, bəhanəm tutub.

Müəllimə qəflətən başını qaldırıb asılqana baxdı. Ürəyim guppuldadı. Üzümü dəftərin vərəqi ilə cəld örtdüm. Müəllimə sürətlə asılqana yaxınlaşdı, pencəyimi alıb baxdı, pencək əlində pəncərəyə tərf getdi, pəncərəni açıb məktəbin darvazasına tərəf gedən uşaqları çağırdı:

– Hansı huşsuz pencəyini sinifdə unudub!?

Uşaqlar devikdilər. Oğlanlar bir-birinə baxdılar. Qızlar gülüşdülər. Müəllimə “Heç nə başa düşmədim” mızıldanıb başını buladı, pəncərəni bağlaylb jurnalı yazmağa davam etdi. İşini bitirib, zərblə jurnalı qapadı. Durub qapıya tərəf getdi. Cəld ayağa durub müəllimə ilə sağollaşdım. O, “sağol”umu almadan qapını arxasınca bağladı.

Qapıya boylana-boylana hürkək addımlarla asılqana tərəf getdim. Bir əlimdə çanta, o biri əlimdə astar üzünə çevrilmiş göy pencək, dəhlizdən güllə kimi keçdim.

Həyətdə heç kim yox idi. Pencəyi çevirib əynimə keçirdim, ətəklərini çantanın altına yığdım.

Narın yağış başladı. Yenə əsas yoldan ara yola dönmək isatədim, amma bu yağışda ara yolun palçıq olacağını yadıma salıb, fikrimdən daşındım. Bir neçə dəqiqə sonra narın yağış damcıları irilənib leysana çevrildi. Adamlar leysandan qorunmaq üçün daldalığa çəkildilər. Küçə boşaldı. Pencəyimin ətəklərini açıb yelləyə-yelləyə, ayaqlarımı gölməçələrə çırpa-çırpa evə tərəf getdim. Gedə-gedə hər addımıma bir heca salıb deyirdim: Ana, məni bağışla!

Evimizin eyvanında anamla qarşılaşdım. O, saçımdan alnıma, alnımdan yanaqlarıma süzülən mirvari damcılara, xoşbəxtlik saçan çöhrəmə baxıb gülümsədi. O an anladım ki, anamın bir anlıq təbəssümü insanların min qınağına üstün gələr!

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!