"Uşaq Hüquqları Aylığı" çərçivəsində maarifləndirici məşğələ keçirildi-FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində, hər il 20 oktyabr – 20 noyabr tarixləri ölkəmizdə “Uşaq Hüquqları Aylığı” kimi qeyd olunur.
Edupress.az xəbər verir ki, bu münasibətlə paytaxtın 245 nömrəli məktəbinin psixoloqu Bağdagül Əkbərli və ibtidai sinif müəllimi Xəyalə Kəlbalıyevanın təşkilatçılığı ilə 0 "C" məktəbəhazırlıq qrupu şagirdləri ilə uşaq hüquqlarına dair maarifləndirici məşğələ təşkil olunub.
Tədbir zamanı uşaqlara onların əsas hüquqları haqqında məlumat verilib, interaktiv oyunlar və söhbətlər vasitəsilə mövzu daha əyani şəkildə izah olunub.
Bu kimi fəaliyyətlər uşaqlarda öz hüquqlarını tanımaq və qorumaq bacarığının formalaşmasına, həmçinin humanist dəyərlərin aşılanmasına xidmət edir.