• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycanda psixoloji reabilitasiya sahəsində təhsilə dəstək

  • 18-11-2025, 06:57

                                     

 

Bu gün bp daha bir beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib. Bununla da bp-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşr etdiyi kitabların ümumi sayı 30-a çatıb.

Bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və bp-nin ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq yönümündə uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.

Yeni tərcümə olunmuş “PTSP hallarında koqnitiv işlənmə terapiyası: Müfəssəl vəsait” kitabı posttravmatik stres pozuntusu (PTSP) halları zamanı koqnitiv işlənmə terapiyası (KİT) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Patrisiya A. Resik, Kendis M. Monson və Ketlin M. Çard tərəfindən yazılmış bu kitab psixologiya fakültələri və stres travmasının reabilitasiyası ilə məşğul olan səhiyyə təşkilatları üçün dəyərli bir resurs kimi tövsiyə olunur.

KİT beynəlxalq səviyyədə PTSP-nin müalicəsi üçün qabaqcıl praktikaya çevrilmiş bir metod kimi tanınır və artıq Azərbaycanda da travma hallarında psixoloji yardım üzrə ixtisaslaşan peşəkar psixoloqların hazırlanması üçün istifadə olunur. Kitab KİT metodunun müharibə veteranları da daxil olmaqla spesifik qruplara uyğunlaşdırılmasına yönəlib. Bu da onu Azərbaycanda müharibə stresi ilə bağlı travmalar məsələsinin həlli baxımından xüsusilə aktual edir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Düşünürük ki, bu kitab müharibə stresi və digər stres travmalarından əziyyət çəkən insanların reabilitasiyası üçün çox vacib mənbədir. Kitabın nəşrinə dəstək verməklə biz Azərbaycanda psixoloji reabilitasiyanın, o cümlədən emosional və psixoloji travma yaşamış insanların əqli sağlamlığının reabilitasiyasının sürətləndirilməsinə kömək etmək istəmişik. Bu nəşr stres travması yaşayan insanlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılmasına, eləcə də PTSP-u olan şəxslər və onların ailə üzvlərinin bu sahədə maariflənməsinə də kömək edəcək.”

Kitab təhsil müəssisələrinə, psixologiya fakültələrinə və stres travması reabilitasiyası ilə məşğul olan tibb müəssisələrinə bp-nin hədiyyəsidir.

Bu kitabın tərcüməsi və nəşri təşəbbüsü beynəlxalq xeyriyyə təşkilatı olan “For Azerbaijan” tərəfindən həyata keçirilən və həssas qruplar üçün dayanıqlı həllər təmin etmək məqsədi daşıyan “Azərbaycanda Psixoloji Reabilitasiya Potensialının Gücləndirilməsi” adlı geniş əhatəli layihənin bir hissəsidir. Kitabın tərcümə və nəşr xərcləri üçün bp-nin maliyyə dəstəyi 19700 AZN təşkil edib.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!