• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla başa çatdı

  • 17-11-2025, 07:11

 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla başa çatdırılıb. Layihə Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən icra olunub və müxtəlif yaş qruplarını astronomiyaya cəlb etmək, elmi maarifləndirməni gücləndirmək və ölkə üzrə astro-mədəni mühiti genişləndirmək məqsədi daşıyıb.

Layihə 1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş geniş festival çərçivəsində keçirilən astro-düşərgə ilə açılış edib. Burada 500-dən çox uşaq teleskop müşahidələrinə qoşulub və Günəşin, eləcə də digər səma cisimlərinin müşahidəsi zamanı mütəxəssislərdən ilk elmi izahlar alıb.

Daha sonra Bakı Dövlət Universiteti və tərəfdaş qurumların təşkil etdiyi Yay düşərgəsində “Astronomiya axşamı” keçirilib. İştirakçılar astrofoto sərgisi ilə tanış olub, interaktiv oyunlarda iştirak edib və axşam saatlarında teleskoplarla müşahidələr aparıblar.

Layihə çərçivəsində təşkil edilən növbəti böyük fəaliyyət – ictimai AstroCamp – ölkənin aparıcı elmi mərkəzlərindən birində gerçəkləşib. Burada iştirakçılar üçün astrofotografiya, teleskoplardan istifadə və səma müşahidəsinin əsasları üzrə ustad dərsləri keçirilib, həmçinin muzey ekskursiyaları və gecə müşahidələri təşkil olunub.

Sentyabr ayında keçirilən Ay tutulmasının canlı müşahidəsi də yüzlərlə sakinin iştirakını təmin edib. Xüsusi quraşdırılmış teleskoplar vasitəsilə tutulmanın bütün mərhələləri nümayiş etdirilib və alimlər tərəfindən elmi-populyar izahlar təqdim olunub.

Layihə çərçivəsində astronomiya üzrə iki mühüm nəşr — “Astronomiya Olimpiadaları: Məsələlər və onların həllləri” və “Astronomiyada Əsas Anlayışlar” — Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Kitabların təqdimat mərasimlərində onların tədris prosesində istifadəsi və Azərbaycan dilində elmi resursların artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Eyni zamanda “Fəza və Zamanın Elçiləri” sənədli filmi dublyaj edilərək ilk dəfə nümayiş etdirilib. Film astronomiyanın əsas anlayışlarını geniş auditoriyaya vizual və əlçatan formada çatdırmaq məqsədi daşıyır.

Layihənin əhatə etdiyi fəaliyyətlərdən biri də Qarabağda keçirilən ilk açıq astronomik müşahidə olub. Şəhər mərkəzində quraşdırılmış teleskoplar vasitəsilə iştirakçılar Saturnu müşahidə edib və bölgədə elmi maarifləndirmənin bərpasına simvolik töhfə verilib.

Ümumilikdə layihə ölkənin müxtəlif regionlarında minlərlə insanı əhatə edərək astronomiya elminin populyarlaşdırılması, gənclərin elmə marağının artırılması və Azərbaycan dilində elmi resursların genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edib.

Həvəskar Astronomlar Cəmiyyəti bundan sonra da elmi maarifləndirmə, açıq müşahidə proqramları və tədris resurslarının hazırlanması sahəsində fəaliyyətini davam etdirəcək.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!