Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəlində uğuru-FOTO
Azərbaycan “QS Dayanıqlılıq 2026” reytinqində Cənubi Qafqaz üzrə təmsil olunan yeganə ölkədir.
1 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti) TOP-800-də, 1 universitetimiz (Bakı Dövlət Universiteti) TOP-1000-də, digər 6 universitetimiz isə 1001+ və 1501+ mövqelərdə yer alır.
Xüsusilə “Ətraf mühitin mühafizəsi sahəsində dayanıqlı inkişaf” meyarı üzrə Azərbaycanın 3 universiteti dünyanın TOP 400 universiteti sırasında qərarlaşıb. Bu meyar üzrə Bakı Dövlət Universiteti dünyada 57-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 309-cu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 398-ci yerdə qərarlaşıb.
Dayanıqlı inkişaf sahəsində dünyanın ən yaxşı universitetlərinin müəyyən edildiyi bu reytinqdə Azərbaycan Cənubi Qafqaz regionu üzrə təmsil olunan yeganə ölkədir. Reytinqdə universitetlərin fəaliyyəti 3 əsas istiqamət üzrə - “Ətraf mühitə təsir” (45%), “İctimai təsir” (45%) və “İdarəetmə modeli” (10%) - qiymətləndirilir.