• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

ADNSU-da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub

  • 24-11-2025, 08:51
 

 

Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.

Yeni mərkəz tələbələrin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi, startap layihələrinin inkişaf etdirilməsi, həmçinin yeni texnoloji və elmi ideyaların formalaşdırılması üçün mühüm inkubasiya mühiti rolunu oynayacaq. Mərkəzin yaradılması ölkədə innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

ADNSU AİM-in açılışında çıxış edən rektor Rüfət Əzizov bildirib ki, mərkəzin əsas məqsədi tələbələrin, müəllimlərin və gənc mütəxəssislərin yeni ideyalar üzərində birgə işləməsinə, yaratmasına və inkişaf etməsinə şərait yaratmaqdır. O, ADNSU-nun güclü araşdırma potensialının, riyaziyyat və mühəndislik məktəbi kimi zəngin bazasının olduğunu vurğulayaraq belə bir mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini diqqətə çatdırıb: “Biz çalışırıq ki, yüksək potensiallı tələbələr və professor-müəllim heyəti üçün daha geniş imkanlar yaradaq. ADNSU tələbələri ölkədə keçirilən startap yarışmaları, innovasiya müsabiqələri, kibertəhlükəsizlik və inkubasiya proqramlarında hər zaman fəal iştirak edir. Universitetimizin elmi nəticələri də ildən-ilə artır. Elm innovasiyanın əsas hərəkətverici qüvvəsidir. Buna görə də bu mərkəzdən gözləntilərimiz yüksəkdir. İnanırıq ki, burada həyata keçiriləcək layihələr həm universitetə, həm də ölkəmizə ciddi fayda verəcək”.

İRİA İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında qeyd edib ki, Agentlik ölkədə rəqəmsal transformasiya və innovasiya ekosisteminin genişləndirilməsinə xüsusi önəm verir:

“Biz quruculuq prosesində beş əsas prinsipə istinad edirik ki, onların birincisi infrastrukturun formalaşdırılmasıdır. Dövlət-universitet-sənaye birliyinin yaradılması inkişaf etmiş ölkələrdə innovasiya ekosisteminin uğurunun əsas səbəblərindəndir. İnnovasiya Mərkəzinin universitet mühitində yaradılması qısa müddətdə öz müsbət nəticələrini göstərəcək.”

Fərid Osmanov əlavə edib ki, belə bir mərkəzin məhz ADNSU-da yaradılması təsadüfi deyil: “105 illik tarixi olan bu təhsil ocağı həm sənaye ilə əlaqələr, həm də ekosistem baxımından çox zəngindir. Bu səbəbdən layihədən gözləntilərimiz böyükdür.”

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxışında mərkəzin açılmasını yüksək qiymətləndirib. O, sənaye sahələrindən daxil olan tələblərə uyğun yeni innovativ layihələrin icrasının universitetlər üçün, o cümlədən ADNSU üçün mühüm imkanlar yaratdığını bildirib:

“ADNSU Azərbaycan sənayesinin inkişafına xüsusi töhfə verən təhsil müəssisəsidir. Universitetin innovasiya sahəsində də ön sıralarda yer alması bizim üçün vacibdir. Elm və Təhsil Nazirliyi olaraq universitetlərin sənaye ilə əməkdaşlığının genişlənməsində maraqlıyıq və bu layihəyə dəstək verməyə hazırıq.”

Açılış mərasimində İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin konsepsiyası və fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış edib.

Daha sonra ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən, dosent Elviz İsmayılov universitetdə innovasiya ekosisteminin qurulması istiqamətində görülən işlər barədə geniş təqdimatla iştirakçıları məlumat verib.

Tədbir çərçivəsində qonaqlar mərkəzdə fəaliyyət göstərən startap və innovativ layihələrlə də  yaxından tanış olublar və mövcud nümunələri yüksək qiymətləndiriblər.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!