• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi-bp-dən əla fürsət

  • 25-11-2025, 06:56

 

 

 bp bu gün Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş bir sosial investisiya layihəsinin ikinci mərhələsinin uğurla tamamlandığını elan edib.

Layihə LANDAU Educational Technologies MMC ilə əməkdaşlıqda həyata keçirilib. Layihədə əsas məqsəd 9-cu və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksək keyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur. Ümumilikdə, yeni materiallar ingilis dilini öyrənmə nəticələrini yaxşılaşdırmaq, həmçinin şagirdlərin dərs prosesində iştirak fəallığını artırmaq üçün orta məktəblərin bütün sinifləri üçün yararlıdır.

Layihənin bu yeni mərhələsi əvvəlki səylərin uğuruna əsaslanaraq geniş əhatəli yeni öyrənmə materialları təqdim edir, o cümlədən 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu; imtahana hazırlıq üçün 14000 sualdan ibarət sual bankı; imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu; dərs tədris prosesində müəllimlərə kömək məqsədi ilə hazırlanmış təqdimatlar və iş vərəqləri; həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma.

Ümumilikdə, bu təşəbbüs əlçatan tədris materialları sahəsində mövcud boşluqları doldurmaqla ölkənin hər yerində həm şagirdlərə, həm də müəllimlərə ünvanlanıb. Ölkə üzrə 500 müəllimin və 10000 şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnunuq. Bu layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə vermək istəyirik.”

Layihənin ikinci mərhələsinin ümumi dəyəri təxminən 307500 AZN (180882 ABŞ dolları) təşkil edib. Bunun 200000 AZN-ni (117647 ABŞ dolları) bp və onun tərəfdaşları, qalanını isə LANDAU Educational Technologies MMC ödəyib.

Müddəti bir il olan layihənin icraçısı Aspire Learning App kimi tanınan LANDAU Educational Technologies MMC-dir.

Layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni məzmun bütövlükdə www.aspirelearning.app. vebsaytında yerləşdirilib.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!