
Qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə bp bu gün Azərbaycan dilində yenicə nəşr olunmuş “İnsan Hüquqları. Ensiklopediya” kitabının təqdimatını keçirib.
Azərbaycanda bu sahədə ilk olan bu dərslik yerli universitetlərin hüquq fakültələrinin tələbə və müəllimləri üçün əhatəli vəsaitdir. Ensiklopediyaya insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən mindən çox müddəa daxildir.
Kitab insan hüquqlarının tarixini, inkişafını və təsnifatını, həmçinin beynəlxalq və milli normativ-hüquqi çərçivələri tədqiq edir. Vəsaitin məqsədi insan hüquqları haqqında daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət və hüquqi savadlılıq mədəniyyətini təşviq etməkdir.
Dosent Zaur Əliyevin müəllifi olduğu bu ensiklopediya bp-nin Azərbaycanda hüquq təhsilinin keyfiyyətinin artırılmasına dəstək məqsədilə hazırlanmış və dərc edilmiş altı hüquq dərsliyindən ibarət geniş layihəsinin bir hissəsidir. Bu dərsliklərin beşi cari ilin iyun ayında tamamlanaraq ictimaiyyətə təqdim edilmişdi. Altıncı kitabın nəşri ilə ölkənin müasir və gələcək hüquq mütəxəssislərinin inkişafına mühüm töhfə verəcək bu layihə uğurla başa çatmış olur.
Layihə bp-nin Azərbaycanda təhsilin və bacarıqların artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində hüquq dərslikləri üzrə geniş layihəmiz çərçivəsində altıncı və son kitabı təqdim etməkdən məmnunuq. Azərbaycanda ilk dəfə nəşr olunan “İnsan Hüquqları. Ensiklopediya” zəngin biliklər təqdim edən və ölkədə hüquq təhsilinin modernləşdirilməsinə töhfə verən dəyərli tədris vəsaiti olacaq. İnanırıq ki, bu nəşr dərin bilikli və geniş məlumatlı yeni nəsil hüquq mütəxəssislərinin formalaşmasına kömək edəcək.
Altı dərsliyin hamısı hüquq mütəxəssisləri və alimlərlə sıx əməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bu vəsaitlər universitet tələbələri, müəllimlər və hüquq işçilərinin hüquq sahəsində müasir materiallara artan tələbatının qarşılanmasına əhəmiyyətli töhfə verəcək. Xüsusilə məmnunuq ki, altı dərslikdən dördü Azərbaycanda ilk dəfə nəşr olunub və bu, ölkənin hüquq elmi və tədrisi sahəsində mühüm bir mərhələ deməkdir.”
Dərsliklər tələbələr, müəllimlər, alimlər, hüquq mütəxəssisləri, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, mediatorlar, eləcə də ictimai və siyasi fikir adamları da daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub.
Layihənin ümumi dəyəri 230038 AZN (təxminən 135316 ABŞ dolları) təşkil edir və altı kitabın hər biri üzrə məzmunun hazırlanması, nəşri və layihənin idarə edilməsi də daxil olmaqla bütün mərhələləri əhatə edir.
Layihənin icraçısı “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” ictimai birliyidir.
Layihəyə daxil edilmiş altı kitabın tam siyahısı: