• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

TKTA təşkilatçılığı ilə beynəlxalq forum-FOTOLAR

  • 18-05-2023, 13:43

18 may 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forumun açılış mərasimi baş tutub.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları da forumda iştirak edib. 

Forumun əsas məqsədi xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin önəmi, maraqlı tərəflərin xarici keyfiyyət təminatı prosesində iştirakı məsələlərinin müzakirəsi, həmçinin, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən birinci forumdan ötən müddət ərzində keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilmiş nəticələr, həmçinin, agentliyin potensialının gücləndirilməsi istiqamətində beynəlxalq donorlara əməkdaşlıqlar və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.


Əsas məruzəçilərdən olan Elm və təhsil nazirinin müavini İdris İsayev ilk öncə, Azərbaycanın ali təhsilində keyfiyyət təminatı sahəsində atılmış addımlar barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Çıxışın davamı olaraq, İdris İsayev “Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın hazırlanması zamanı istifadə edilən yanaşmalar və müvafiq meyarların ali təhsil müəssisələrinə verəcəyi töhfələr barədə məlumat vermişdir. Bununla yanaşı, nazir müavini qarşıda duran əsas vəzifələrdən biri kimi akkreditasiya prosesinin elektronlaşdırılması üzərində aparılan işlər barədə forum iştirakçılarını məlumatlandırmaqla, qısa zaman kəsiyi müddətində ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesinin rəqəmsal idarəedilməsinə keçidin təmin olunacağını bildirmişdir. Yekunu olaraq, İdris İsayev TKTA tərəfindən təşkil edilən beynəlxalq forumun ali təhsildə keyfiyyət təminatı mövzusunda aktual mövzuları əhatə etməsini, həmçinin, sahə üzrə qabaqcıl xarici agentliklərin rəhbər şəxslərinin və tanınmış beynəlxalq ekspertlərin foruma dəvət edilməsinin forumun əhəmiyyətinə xüsusi əhəmiyyət qatdığını vurğulayıb.

İki gün davam edəcək Konfransın ilk günündə əsas çıxışlar zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Avropa Ali təhsil məkanında Keyfiyyət Təminatı Agentliklərinin Reyesterinin (EQAR) direktoru Magalie Soenen, Rumuniyanın Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Agentliyinin (ARACIS) direktoru və Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyayanın (ENQA) vitse prezidenti Daniela Cristina Ghiţulică, Sloveniya Keyfiyyət təminatı Agentliyinin (SQAA/NAKVIS) direktoru və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) prezidenti Franci Demsar ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ATM-lərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunublar.


Eyni zamanda, panel müzakirələr zamanı Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçeyin moderatorluğu ilə Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru Luut Kroes, Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Erik Martijnse, Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) direktor müavini Ronny Heintze, Maastrixt və Utrext universitetlərinin professorları Wim Groot və Jelena Arsenijevic təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatında tələbə təmsilçiliyinin önəmi və problem əsaslı öyrənmənin təmin edilməsində istifadə edilən yanaşmalar və strategiyalar haqqında fikir mübadiləsi apararaq tədbir iştirakçılarının suallarını cavablandırıblar.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!