• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Arxeometriya və Rəqəmsallaşma: Aybəniz Əhədova ilə Elmi Yanaşmalar”-MÜSAHİBƏ

  • 12-12-2025, 10:48

“Arxeometriya və Rəqəmsallaşma: Aybəniz Əhədova ilə Elmi Yanaşmalar”

 – Arxeometriyanın bir qolu olan mütləq tarixləndirmə nədir və arxeologiyada hansı əhəmiyyət daşıyır?

– Ümumiyyətlə tarixləndirmə 2 cür olur. Nisbi və mütləq. Mütləq tarixlədirmə tapıntıların dəqiq tarixini müəyyən etmək üsuludur. Radiokarbon analizi, Termolüminisent, Optik lüminessensiya, Elektron Paramaqnit Rezonans və s. mütləq tarixləndirmə üsullarıdır. Bu metodlar arxeoloji kontekstin xronologiyasının dəqiq qurulması, mədəni təbəqələrin ardıcıllığının müəyyənləşdirilməsi, artefaktların autentifikasiyası və paleoətraf mühitin rekonstruksiyası baxımından fundamental əhəmiyyət kəsb edir.

Dünya universitetlərində, xüsusən də geokronologiya, arxeometriya, nüvə fizikası və konservasiya sahələrində radioizotop yaş təyini ayrıca bir fənn kimi tədris olunur və laborator bazaları ilə müşayiət edilir.

 – Azərbaycanda mütləq yaş təyini sahəsində vəziyyət necədir? Bu istiqamətdə hansı yeniliklər var?

– Açığını desək, Azərbaycanda bu sahə uzun müddət sistemli şəkildə inkişaf etməmişdi. Lakin bizim komandanın iştirakı ilə ilk dəfə olaraq 2018-ci ildən başlayaraq radioizotop və spektroqrafik yaş təyini metodları arxeoloji materiallara tətbiq edilib və çox sayda müsbət nəticələr əldə olunub. Bu, həm milli arxeologiyanın metodoloji modernləşməsi, həm də arxeoloji xronologiyaların daha dəqiq qurulması baxımından mühüm addımdır. Hazırda ölkəmizdə bu istiqamətdə laborator potensialın təkmilləşdirilməsi, kadr hazırlığının genişləndirilməsi və sahənin universitet tədrisinə inteqrasiyası üzərində işlər gedir.

 – Siz Azərbaycanda muzeyşünaslığın “Muzey kolleksiyalarının komplektləşdirilməsi, uçotu və mühafizəsi” fənni üçün ilk dərs vəsaitinin müəllifisiniz. Kitabda kolleksiyaların radiasiya təhlükəsizliyi və eləcə də rəqəmsallaşdırma məsələlərinə də toxunmusunuz. Bu barədə məlumat verə bilərsinizmi?

– Bəli, bu dərs vəsaiti Azərbaycanda ilk dəfə olaraq məhz bu fənn üçün hazırlanıb və müasir muzeyşünaslıq standartlarına əsaslanır. Burada xüsusi olaraq arxeoloji fondların radiasiya təhlükəsizliyi, artefaktların ilkin yoxlanması, ekspedisiya sonrası deaktivasiya prosedurları və saxlanc yerlərində monitorinq məsələlərinə geniş yer verilmişdir.

Ümumiyyətlə dünya praktikasında bu çox aktual mövzudur. Hər il ABŞ, Almaniya, Fransa, Yaponiya və digər ölkələrdə mədəni irsin radioloji təhlükəsizliyi üzrə beynəlxalq konfranslar keçirilir. Qısaca deyə bilərəm ki, arxeoloji artefaktlar minilliklər boyunca alfa, beta və qamma şüalanmasına məruz qala bilirlər və onların torpaq qatlarında radioaktiv çirkləndiricilərlə kontakt ehtimalı mövcuddur. Məsələn  19–20-ci əsrlərdə istifadə olunan bəzi boyalar radium tərkibli olmuş və bu əsərlər sonradan izolyasiya olunmuş konteynerlərə köçürülsə də uzun müddət muzeylərdə sərgilənmişdir. Bu birbaşa təhlükə hesab olunur. Bu səbəbdən də muzey əməkdaşları və ziyarətçilərin sağlamlığının qorunması üçün radiasiya fonu monitorinqi zəruridir. Bu səbəblə, kitabda radiasiya təhlükəsizliyinin bütün mərhələləri – artefaktın qəbulundan sərgilənməsinə qədər olan proseslər – detallaşdırılıb.

 – Arxeoloji ekspedisiyalarda multidisiplinarlıq niyə vacibdir?

– Çünki arxeoloji tədqiqat artıq təkcə arxeoloqun işi deyil. Dünyada müasir konsepsiya belədir ki, ekspedisiyada arxeoloqla yanaşı tarixçi, numizmatik, etnoqraf, antropoloq, geoloq, radioloq və kimyaçı və s. da iştirak etməlidir. Bu komandalar bir yerdə qazıntı materiallarının təhlükəsizliyini, tapıntıların arxeometrik analizini, radioloji monitorinqini, konservasiya və restavrasiya üçün ilkin məlumat bazasını, artefaktın kontekstual interpretasiyasını təmin edirlər. Belə kompleks yanaşma nəticəsində tədqiqatın elmi dəyəri əhəmiyyətli dərəcədə artır, əldə olunan nəticələr çoxşaxəli, etibarlı və elmi əsaslandırılmış olur. Nəticə etibarilə bu tip araşdırmaların yekunları beynəlxalq elmi-metodoloji standartlara cavab verdiyi üçün onların nüfuzlu, elmmetrik bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda dərc olunma ehtimalı da əhəmiyyətli dərəcədə artır.

 – Yeri gəlmişkən Gənc tədqiqatçılar arasında akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibi olduğunuz üçün bu ilin dekabr ayında Fəxri Fərmanla təltif olundunuz. Təbrik edirik sizi. Az öncə qeyd etdiyiniz sahə üzrə Azərbaycanda hansı irəliləyişlər müşahidə olunur?

– Bir neçə il əvvəl bu istiqamətdə vəziyyət demək olar ki, passiv idi. Radiasiya təhlükəsizliyi prosedurlarının tətbiqi sistemsiz idi. Lakin bu sahədə ciddi irəliləyişlər var: ekspedisiyalarda bizim də iştirakımızla ilkin radiasiya yoxlaması aparılır; tapıntıların analizi üçün nümunələr yerindəcə texniki şərtlər daxilində götürülərək qablaşdırılır; muzeylərdə radiasiya fonunun ölçülməsi praktikası formalaşır; tapıntılar üzərində müxtəlif sahələrdən olan mütəxəssislər tərəfindən multidisiplinar formada tədqiqat işləri həyata keçirilərək nəticələr beynəlxalq indeksli jurnallarda dərc olunur.

 – Siz kitabda rəqəmsallaşma məsələlərinə də yer vermisiniz. Bu hansı problemləri həll edir?

– “Cənab Prezident İlham Əliyevin bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə elm və texnologiyanın dövlət siyasətində strateji yerini təsdiqləyərək vurğuladığı kimi “ Biz süni intellekt və rəqəmsallaşma sahəsində də geri qalmamalıyıq.”

Bu şüardan irəli gələrək onu deyə bilərəm ki, rəqəmsallaşma müasir muzeyşünaslığın da əsas istiqamətlərindəndir. Kitabda da qeyd olunduğu kimi, muzey uçotu sistemlərinin rəqəmsallaşdırılması məsələsi kolleksiyaların elektron kataloqunun yaradılması, artefaktların radiasiya monitorinqi məlumatlarının və mütləq tarixləndirmə göstəricilərinin elektron bazalarda saxlanması, fondların beynəlxalq standartlara uyğun rəqəmsal idarə edilməsi, sərgi və inventar məlumatlarının asan əldə olunması, ziyarətçilər üçün virtual ekspozisiyalar və məlumat platformalarının barkodlar şəklində yaradılması kimi üstünlükləri təmin edir. Rəqəmsallaşma həm təhlükəsizlik, həm şəffaflıq, həm də elmi tədqiqat baxımından vacibdir. Bir çox ölkədə radiasiya təhlükəsizliyi üzrə göstəricilər də məhz rəqəmsal uçot sistemlərinə inteqrasiya olunur. Bu, artefaktın tarixçəsinin və risk qruplarının dinamik monitorinqi üçün müasir yanaşmadır.

 – Son olaraq, bu sahənin Azərbaycanda gələcək inkişafı üçün hansı addımlar vacibdir?

– Məncə, üç əsas istiqamətdə inkişafı prioritet saymaq lazımdır:

  1. Tədris proqramlarının genişləndirilməsi istiqamətində arxeometriya, mütləq tarixləndirmə və muzey radioloji təhlükəsizliyi ali məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdır.
  2. Laborator infrastrukturunun təkmilləşdirilməsi istiqamətində dünya standartlarına cavab verən geoxronologiya laboratoriyalarının formalaşdırılması vacibdir.
  3. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində muzeylərdə radioloji təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması tələb olunur.

Əminəm ki, bu istiqamətlər üzrə ardıcıl iş aparılsa, Azərbaycan bu sahədə regionda lider mövqeyə çıxa bilər.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!