• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

bp və ADA Universiteti mühüm bir sosial layihəni uğurla başa çatdırdı

  • 15-12-2025, 10:50

 

 

Bu gün bp ADA Universiteti və ADA Universiteti Fondu ilə birlikdə Qazaxda və Gəncədə həyata keçirilmiş bir sosial təşəbbüsün uğurla tamamlandığını elan edib. Bu münasibətlə 13 dekabr tarixində ADA Universitetinin Qazax Mərkəzində tədbir keçirilib.

Layihədə əsas məqsəd müəllimlərin məktəblilərdə əqli sağlamlıq problemlərini vaxtında aşkar edərək aradan qaldırmaq bacarıqlarını artırmaqdır ki, bu da daha ciddi psixoloji fəsadların qarşısını almağa komək edəcək.

Ümumiyyətlə isə layihə uşaqlarda əqli sağlamlıqla bağlı hər hansı problemin ilk əlamətlərini vaxtında görərək ilkin dəstək göstərmək və erkən müdaxilə etmək məqsədilə müəllimləri lazımi bacarıqlarla təmin etmək üçün nəzərdə tutulub.

Layihə çərçivəsində məktəb müəllimləri üçün əqli sağlamlıq problemlərinin aşkarlanması və erkən müdaxilə vasitələrinin tətbiqi üzrə geniş təlim proqramı hazırlanmışdır. Ümümilikdə 40 saatdan ibarət bu təlimə il ərzində rayon məktəblərindən təxminən 60 müəllim qatılıb. Təlim proqramı əqli sağlamlıq məsələləri, uşaq psixologiyası və emosional vəziyyət haqqında müəllimlərin bilik və anlayışlarını əhəmiyyətli dərəcədə artırıb.

Təlim proqramı hər birində 15-20 müəllim olmaqla dörd qrup üzrə aparılmış və hər qrupun dərsləri həftə sonları həm əyani, həm də onlayn rejimdə keçirilməklə iki ay davam etmişdir.

Bundan başqa, layihə çərçivəsində müəllimlərin bir-birindən öyrənmələri və daim inkişafı üçün dəstək şəbəkələri də yaradılmışdır. Bu şəbəkələr müəllimlərə əqli sağlamlıq məsələlərinin həllində qarşılaşdıqları çətinlikləri və bununla bağlı təcrübələrini bir-biriləri ilə paylaşmağa imkan yaradır.

Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə sosial sərmayələr rəhbəri Xalid Rəcəbov dedi: “İcmalara əhəmiyyətli faydalar gətirə biləcək təşəbbüsləri dəstəkləməkdən qürur duyuruq. Əqli sağlamlıq uşaqların rifahının vacib hissəsidir. Bu təşəbbüs ilkin problemləri kəskinləşməzdən əvvəl aşkarlaya bilən hazırlıqlı müəllimlər şəbəkəsini formalaşdıraraq rayon məktəblərində əqli sağlamlıqla bağlı erkən müdaxilə üçün mühüm bünövrə yaradır. Niyyətimiz məlumatlılığı artırmaqla və müəllimləri lazımi vasitə və biliklərlə təmin etməklə daha sağlam tədris mühitinin formalaşmasına və icmaların uzunmüddətli rifahına töhfə verməkdir.”

ADA Universiteti Fondunun prezidenti Natiq Haciyev dedi: “Bu layihə biznes-təhsil əməkdaşlığının gücləndirilməsi, həmçinin əhəmiyyətli sosial məsuliyyət təşəbbüslərinə töhfə vermək üzrə uzunmüddətli öhdəliyimizi əks etdirir. Davamlı əməkdaşlığa və birgə səylərimizin məqsədini daha da artırdığına və bu səylərə böyük dəyər qatdığına görə bp şirkətinə dərin təşəkkürümüzü bildiririk. İstəyimiz bu əməkdaşlığı irəli aparmaq və birlikdə cəmiyyət üçün daha da böyük faydalar gətirməkdir.”

Layihə ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. bp-nin layihəyə töhfəsi 240 488 AZN (141 464 ABŞ dolları) təşkil edib.   

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!