• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Dirilik” jurnalı BDU-nun müəllim və tələbələri ilə müzakirə edilib

  • 17-12-2025, 05:51

“Dirilik” jurnalının transliterasiya olunmuş toplusu Bakı Dövlət Universitetinin Mətbuat Tarixi kafedrasının müəllim və tələbə heyəti ilə müzakirə edilib.

Müzakirə Yasamal rayonu, Zahid Xəlilov 43 ünvanında yerləşən “Litera” kitab evində baş tutub.

Tədbiri giriş sözü ilə açan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu məcmuənin tarixindən və transliterasiya prosesindən, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun fəaliyyətindən söz açıb: “Bu jurnalın transliterasiya prosesi MİMTA Fondu tərəfindən aparılıb, çapını isə “BP” Azərbaycan şirkəti maliyyələşdirib. Biz “Dirilik” məcmuəsini araşdıranda görürük ki, 1 əsr öncə aydınlarımız milli kimliyi anlatmaq yolunda nə qədər zəhmət çəkiblər. Bu gün biz də istərdik ki, bizə yol göstərən mütəffəkkirlərimizin fəaliyyəti ilə gənclərimiz daha yaxından tanış olsunlar”.

Ardınca BDU Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edib: “Kitab müqəddəs anlayışdır. Ona görə də kitab olan yer də müqəddəsdir. Jurnalistikanın təməlini öyrənəcəyimiz əsas mənbə Azərbaycan klassikasıdır. Bu klassikanın incilərindən ikisi MİMTA Fondu tərəfindən transliterasiya edilib – “İşıq” qəzeti və “Dirilik” məcmuəsi. XX əsrin əvvəllərində çap edilən bu iki toplu əsasında elmi araşdırmalar aparmaq olar. Gənclərə tövsiyə edirəm ki, bu dəyərli nümunələri yaxşı araşdırsınlar”.

Daha sonra məcmuənin transliterasiya edənlərdən araşdırmaçı-yazar Muxtar Cəfərli çıxış edib: “Dəyər verməyi bacaranlar özləri də dəyər qazanarlar. “Dirilik” də bizim milli-irsi dəyərimizdir, tariximizdə sönməyən işıqdır. Biz “Dirilik” jurnalını transliterasiya edəndə ədalət, mərhəmət, vətən sevgisinin orada necə aşılandığını gördük. İnsanlıq olaraq biz bu prinsipləri həyatımıza tətbiq edəndə ucalırıq, dirilirik. Mətbuat işçisi könül və zehin səmasında dolaşan fikir, duyğu və düşüncələri hərf-hərf, heca-heca səhifələrə doğru nəqş etməlidir. Mətbuatın diriliyi məhz daşıdığı mənəvi yük və vicdan məsuliyyəti ilə ölçülür”.

Bakı Dövlət Universitetinin dekan müavini Samir Mirzəyev çıxışında qeyd edib: “Dirilik” bizim tariximizdə əhəmiyyətli yer tutur. Bu jurnal Cümhuriyyətə qədərki dövrdə “Açıq” sözə gedən yolun açarıdır. Məcmuə həm də ona görə dəyərlidir ki, “Dirilik” deyəndə biz Əliabbas Müznib və Məhəmməd Əmin Rəsulzadəni yada salırıq. 20 ilə yaxın transliterasiya sahəsində olan biri kimi deyə bilərəm ki, bu iş çox ağır sahədir. Bu nöqteyi nəzərdən ərsəyə gətirilən “Dirilik” məcmuəsinin transliterasiyası toplusu çox dəyərli bir işdir. Bir işi görəndə işə, eləcə də vətənə, millətə sevgi, hörmət olmasa, belə keyfiyyətli işlər ortaya çıxa bilməz”.

Universitetin müəllimi, Jurnalistika fakültəsində fəaliyyət göstərən “Füyuzat” mərkəzinin koordinatoru Afaq Sadıqova çıxışında bildirib: “Mətbuat tarixinin özü də, təməli də hamısı siyasətə dayanır. “Dirilik” məcmuəsi də siyasi cəhətdən gərgin bir dövrdə nəşr edilmişdir. Azərbaycan elə bir dövlətdir ki, başı həmişə bəlalar çəkib. Daim istila və müstəmləkələr yaşamışıq. Bu gün “Diriliyi” oxumaq, tələbələrin belə mətbu orqanlarla rahatlıqla tanış olması bu baxımdan önəmlidir”.

Fakültənin dosenti Aygün Əzimova da tələbələrlə fikirlərini bölüşüb: “Mətbuat tariximiz bizim mənəvi xəzinəmizdir. Bu mənəvi xəzinəni təbliğ etməsək, onlara kim sahib çıxacaq? Milli ideologiyanı ortaya qoymaq üçün gərək insanda milli ruh ola. “Dirilik” müstəqilliyə qədərki milli ruhun daşıyıcısı idi. O dövrün mətbu orqanları dövrün insanlarını zərərəli düşüncələrdən azad edirdi. Məhəmməd Əmin Rəsulzadə “Milli dirilik nədir?” sualını cavablayanda millətə, vətənə, xalqa sevgini təbliğ etməsəydi, Cümhuriyyətimiz doğula bilməzdi. Bu dəyərli toplunu ərsəyə gətirdiyi üçün MİMTA Fondunun yaradıcı heyətinə minnətdarlığımı bildirirəm. Arzu edərdim ki, bu gün həm tələbə, həm müəllim kimi biz milli ruhla yoğrulub cəmiyyət qarşısında vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirək”.

Həmçinin görüş əsnasında Jurnalistika fakültəsinin professoru Qərənfil Dünyaminqızı, fakültənin müəllimi Elmira Həsənova və tələbələr çıxış edərək toplunu yüksək qiymətləndirib, yaradıcı heyətə təşəkkür ediblər.

Qeyd edək ki, “Dirilik” məcmuəsi Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə “BP” Azərbaycan şirkətinin maddi dəstəyi ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən transliterasiya edilib.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!