• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Coğrafiya təhsil üçün bəhanə olmamalıdır-Şəmil Sadiq yazır

  • 18-12-2025, 11:10

 

 

Edupress.az  təhsil texnoloqu, dosent Şəmil Sadiqin yazısını təqdim edir

 

“Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər.” Elm və Təhsil Naziri Emin Əmrullayevin səsləndirdiyi bu fikir cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Təəssüf ki, müzakirələrin əhəmiyyətli hissəsi yenə də sosial şəbəkə statusları səviyyəsində, emosional və peşəkar təhlildən uzaq şəkildə aparılır. Halbuki söhbət artıq verilmiş qərardan yox, ictimai müzakirəyə çıxarılmış ideyadan gedir və bu mərhələdə təhsil adamlarının, valideynlərin, mütəxəssislərin mövqeyi nazirlik üçün önəmli olmalıdır.

Gəlin məsələyə emosiyalarla yox, bir qədər geniş və araşdırma prizmasından baxaq.

Biz, adətən, məktəbi, təhsili dörd divar, zəng səsi və sinif otağı ilə eyniləşdiririk. Sözsüz ki, bu bizə illərin vərdişindən qalır. Halbuki dünyanın bir çox ölkəsində coğrafiya bu təsəvvürü çoxdan dəyişib. Dağ başında, səhranın ortasında, tundranın kənarında yaşayan uşaqlar var və onların günahı deyil ki, yollar yoxdur, məsafələr böyükdür, iqlim sərtdir. Belə şəraitdə məsələ “məktəb olsunmu?” yox, təhsil necə davam etsin? sualına cavab tapmaqdır.

Məhz bu nöqtədə distant təhsil “yenilik” yox, dövlətin vətəndaşına verdiyi təminat kimi ortaya çıxır: harada yaşamağından asılı olmayaraq, səni təhsildən kənarda qoymayacağam. Üstəlik, Azərbaycan qanunvericiliyinə görə orta təhsil məcburidir və dövlət bu məsuliyyəti daşıyır. Bunun üçün isə təbii ki, mövcud Təhsil Qanununda dəyişikliklərə ehtiyac olacaq, çünki hazırda distant təhsil rəsmi forma kimi tanınmır.

Bir müəllim kimi açıq deməliyəm: bir-iki şagirdlə fəaliyyət göstərən sinifdə nə canlı pedaqoji mühit formalaşır, nə də keyfiyyətli təlim mümkündür. Digər tərəfdən, 10–15 evlik kəndlərdə yerləşən, maddi-texniki bazası zəif olan məktəblərin, eləcə də həmin məktəblərdə çalışan müəllimlərin pedaqoji səviyyəsi çox zaman arzuolunan olmur. Peşəkar müəllimlərin şəhərlərə və rayon mərkəzlərinə can atması isə təbiidir. Bu reallıq fonunda ucqar kənd uşaqlarının keyfiyyətli təhsilə çıxışını təmin etmək dövlət üçün əsas məsələdir.

Bu baxımdan nazirin səsləndirdiyi ideyanı prinsip etibarilə dəstəkləmək olar. Əgər distant və ya hibrit model həmin uşaqlara daha güclü müəllimə, daha keyfiyyətli tədrisə çıxış verəcəksə, bu artıq ciddi üstünlükdür. Amma bir şərtlə: proses yalnız virtual mühitlə məhdudlaşmamalıdır. Tam distant model uşaqlar üçün yorucu ola bilər. Daha məqsədəuyğun yol hibrit təhsil modelidir. Məsələn, idman, texnologiya, əmək, praktiki bacarıq tələb edən fənlərin məktəbdə təşkili, nəzəri dərslərin isə distant formada keçirilməsi daha balanslı nəticə verə bilər.

Bu kontekstdə Atatürkün bir dövr tətbiq etdiyi “Köy İnstitutları” modeli də xatırlanmalıdır. Kəndin təbii mühiti – kənd təsərrüfatı, maldarlıq, əkinçilik – təhsilə inteqrasiya olunurdu. Bu gün də nəzəri bilikləri distant təhsillə verib, praktiki bacarıqları yerində formalaşdırmaq mümkün və məntiqli görünür.

Distant təhsilin daha bir mühüm üstünlüyü isə sosial və demoqrafik xarakter daşıyır. Uşaq ailəsindən qopmur, yaşayış məntəqəsi boşalmır, təhsil mərkəzə köçün əsas səbəbinə çevrilmir. Bu isə artıq təkcə təhsil məsələsi deyil, ərazi və təhlükəsizlik siyasətidir. Ucqar və sərhəd kəndlərini qorumağın ən ağıllı yolu təhsili həmin ərazilərdə saxlamaqdır.

İqtisadi tərəf də az əhəmiyyətli deyil. Dövlət eyni müəllimi eyni vaxtda bir neçə bölgəyə “göndərə”, eyni dərsi yüzlərlə kilometr uzağa çatdıra bilir. Məktəb binası, yataqxana, nəqliyyat, istilik və kadr yerləşdirmə xərcləri azalır. Büdcə yüngülləşir, əhatə dairəsi genişlənir.

Ümumilikdə distant təhsilin bu modeldə dövlətə verdiyi qazanc təkcə iqtisadi deyil, strateji və sosialdır:

- infrastruktur xərclərinin optimallaşdırılması,

- ərazi boşalmasının qarşısının alınması,

- müəllim resurslarından səmərəli istifadə,

- rəqəmsal dövlət strategiyasının gücləndirilməsi.

Amma bir həqiqəti də açıq deməliyik: distant təhsil məqsəd deyil, vasitədir. Keyfiyyətsiz kontent, təsadüfi müəllim, nəzarətsiz platforma bu modeli uğursuzluğa aparar. Uğur yalnız planlı, ölçülən, dövlət nəzarətində qurulan distant təhsillə mümkündür.

 

Dünyanın bir çox ölkəsində – Kanadanın şimalında, Avstraliyanın səhralıqlarında, Monqolustanın köçəri obalarında – məktəb tikmək fiziki baxımdan mümkün deyil. Amma təhsil dayanmır. Bir növ dövlət: bölgəyə məktəb gələ bilmirsə, müəllim evinizə gəlsin” deyir. Bu, “uşağı ekrana saldıq, oldu-bitdi” yanaşması deyil, sistemli dövlət qərar olmalıdır.

Əlçatmaz ərazilərdə distant təhsil təhsilin zəifləməsi yox, dövlət ağlının güclənməsidir.

Müasir dövlətdə məsafə, uyğunsuz şərait təhsilə bəhanə ola bilməz və olmamalıdır.

 

 

 

 

 

 

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!