• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycan dili Tədris dilidir, yoxsa Dövlət dili?

  • 29-12-2025, 07:19

 

Edupress.az təhsil texnoloqu, dosent Şəmil Sadiqin təhlil yazısını təqdim edir:                                                               

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər təkcə yubiley nitqi deyil, eyni zamanda dil siyasəti ilə bağlı ciddi bir strateji mesaj idi. Prezidentin “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir” fikri dil məsələsinin mədəni yox, milli təhlükəsizlik müstəvisində dəyərləndirilməsinin vacibliyini bir daha ortaya qoydu.

Daha mühüm məqam isə dövlət başçısının Azərbaycan dilinin saflığı ilə bağlı narahatlığını açıq şəkildə ifadə etməsi oldu: “Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur.”

Bu çağırışdan sonra müxtəlif qurumlarda müzakirələrin başlanması təqdirəlayiqdir. Bu məsələdə istərdim ki, təhsil sistemimizdə kök salmış yanaşmaların dəyişdirilməsinin vacibliyini qeyd edim.

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən proqram və dərsliklərdə Azərbaycan dili iki fərqli ad altında təqdim olunur: Tədris dili və Dövlət dili. Halbuki hər iki anlayış eyni dili – Azərbaycan dilini ifadə edir. Sadəcə, tədris başqa dillərdə aparılan bölmələrdə bu fənn “Dövlət dili” adlandırılır.

Bu yanaşma zahirən texniki görünə bilər, lakin mahiyyət etibarilə psixoloji və ideoloji mesaj daşıyır: dil sanki “əsas” və “ikinci” statuslara bölünür. “Dövlət dili” ifadəsi dərslik prizmasından baxıldıqda Azərbaycan dilini faktiki olaraq ikinci dil mövqeyinə salır. Bu isə Azərbaycan dilinə verdiyimiz strateji statusla ziddiyyət təşkil edir.

Təklifim isə sadə dillə budur: “Tədris dili” və “Dövlət dili” bölgüsü ləğv edilməli, bütün bölmələrdə fənnin adı yalnız “Azərbaycan dili” (dövlət dili) kimi olmalıdır.

Saat fərqi - bərabərsizliyin institusionallaşması da vacib məqamlardandır.

Məsələnin daha ciddi tərəfi isə tədris saatları ilə bağlıdır. Azərbaycan bölmələrində ibtidai siniflərdə Azərbaycan dili həftədə 8-10 saat tədris olunduğu halda, rus və ingilis bölmələrində bu göstərici 2 saatla məhdudlaşır. Bu, sadəcə metodiki fərq deyil, dilin funksional imkanlarının şagirdlər arasında qeyri-bərabər bölüşdürülməsidir. Düzdür, burda hökmən qeyd etməliyik ki, son zamanlar Elm və Təhsil Nazirliyi bu sahədə çox ciddi addımlar atıb, yuxarı siniflərdə Azərbaycan tarixi, Hərbi hazırlıq, Zəfər tarixi kimi fənlərin bütün bölmələrdə Azərbaycan dilində tədris edilməsi qərarını verib və hər birimiz tərəfindən də alqışlanıb.

Təsəvvür edin: eyni ailədə böyüyən iki uşaqdan biri Azərbaycan bölməsində oxuduğu üçün dili bütün üslubları ilə öyrənir, digəri isə ingilis bölməsində oxuduğuna görə Azərbaycan dilini yalnız elementar səviyyədə mənimsəyir. Bu, artıq fərdi seçim deyil, dövlət dili ilə bağlı sistemli boşluqdur.

Müəllimlər yaxşı bilirlər ki, 2–3 saatla dili nə akademik, nə rəsmi-işgüzar, nə də bədii üslubda öyrətmək mümkündür. Evdə danışılan dil isə ən yaxşı halda məişət üslubu ilə məhdudlaşır. Halbuki dilin elmi, hüquqi, publisistik və estetik qatları yalnız məktəb mühitində formalaşır.

Son vaxtlar xarici təcrübədən misal çəkəndə cəmiyyətimizdə xoş qarşılanmasa da, nə edək ki, biz bir dünyada yaşayırıq, bəzən beynəlxalq təcrübə ilə də tanış olmalıyıq.

Bir az araşdıranda görürük ki, bu məsələdə bir çox ölkələr açıq və prinsipial mövqe ortaya qoyur:

  • Fransa: Hansı dildə təhsil almasına baxmayaraq, bütün şagirdlər üçün fransız dili eyni həcmdə və eyni proqramla tədris olunur. Fransız dili yalnız “dövlət dili” deyil, respublika dəyəri kimi qorunur.
  • Finlandiya: İsveç və fin dillərində təhsil alan məktəblərdə dövlət dilləri bərabər saatla və yüksək akademik səviyyədə tədris edilir.
  • İsrail: Tədris dili ivrit olmayan məktəblərdə belə ivrit dili əsas və genişhəcmli fənn kimi qorunur, çünki dil milli birliyin əsas sütunu hesab olunur.
  • Türkiyə: Tədris dilinin hansı dil olmasından asılı olmayaraq, MEB qərarı ilə təsdiqlənmiş bütün proqram türkcə tədris edilməldir, nəinki sadəcə türk dili.

Bu ölkələrdə dil məsələsi seçim azadlığı ilə deyil, milli konsensusla tənzimlənir.

Azərbaycanda bu fərqləndirmə sovet dövrünün rus bölməsi praktikasından miras qalıb. Bu gün isə həmin boşluğu sürətlə ingilis bölmələri doldurur. Problem ingilis dilinin öyrədilməsində deyil - problem Azərbaycan dilinin zəiflədilməsi bahasına çoxdillilik yaratmaq cəhdindədir. Bu isə uzunmüddətli perspektivdə milli dil şüuruna ciddi zərbə vurur.

Dil siyasətində yarımçıq qərarların zamanı bitib. Bunu isə bizə Böyük Zəfərimizin memarı Cənab Ali baş komandan deyir, ona görə də düşünürəm ki, gecikmədən qərar almalıyıq.

  1. Bütün bölmələrdə fənnin adının qarşısında yalnız “Azərbaycan dili” yazılmalı, tədris və ya dövlət dili ifadələri sadəcə Dövlət dili ilə əvəz edilməldir;
  2. Tədris dili fərq qoyulmadan Azərbaycan dili bütün məktəblərdə eyni saatla, tədris edilməlidir;
  3. Birinci siniflərdən başlayaraq vahid Azərbaycan dili proqramı və dərsliyi tətbiq olunmalıdır;
  4. Digər xalqların ana dillərində təhsil hüququ əvvəlki kimi qorunmalı, lakin bu, dövlət dilinin zəiflədilməsi hesabına olmamalıdır.

Bu addım həm də dövlət büdcəsinə xeyli miqdarda qənaət etmiş olar. Çünki iki ayrı dərslik yazılıb, nəşr edilməz. Azərbaycan dili müəllimləri də iki bölmənin müəllimi kimi bölgüləndirilməz.

Azərbaycan dili bizim hamımızın ortaq evidir. O evin divarlarını bölmələrə görə nazik və ya qalın etmək isə gələcəyimizi riskə atmaq deməkdir.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!