• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün yenilik-Bu sənəd hazırlandı

  • 29-12-2025, 08:24

 

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı Podratçı Tərəflər adından hazırlanıb və dərc edilib.

 

Sənəddə seysmik tədqiqat proqram üzrə təklif edilmiş fəaliyyətlərin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMTQ prosesi təklif edilmiş işlərin nəticəsində yaranan hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

ADUA layihəsi üzrə seysmik tədqiqat proqramına 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqat daxildir. Qısa müddət üçün nəzərdə tutulmuş bu tədqiqatın 20 günədək davam edəcəyi planlaşdırılır. Tədqiqat  ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcək. Proqramın 2026-cı ilin fevral və aprel ayları arasında suyun 20-40 metr dərinliyində aparılacağı planlaşdırılır. 2D HR seysmik tədqiqatda əsas məqsəd yerin təxminən 1 500 m dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına kömək etməkdir. Tədqiqat nəticəsində yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

 

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin ümumi  fikirlərinin layihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təmin edir.

ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və aşağıdakı keçid və ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindən əldə edilə bilər:

 

Azərbaycan dilində:

https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/Asrafi-Dan-ulduzu-Aypara.html

 

 

ADUA layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQ sənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və keçidi 26 dekabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin nəzərdən keçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

  • bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153
  • M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
  • Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şossesinin 3-cü kilometri.

 

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

-          doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla [email protected] ünvanına və ya

-          doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və yaxud

-          doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.

 

ƏMTQ sənədinin açıqlanma müddəti 26 yanvar 2026-cı il tarixinədəkdir.

 

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!