• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

TAU-nun təşəbbüsü ilə Milli Qida Texnologiyaları Platformasının görüşü olub: təhsil proqramları yenilənir

  • 09-01-2026, 08:06

 

 

Türkiyə-Azərbaycan Universitetində (TAU) Milli Qida Texnologiyaları Platformasının toplantısı keçirilib.

TAU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, universitetin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən iclas qida mühəndisliyi sahəsində təhsil proqramları və tədris planlarının (ali təhsilin bakalavriat səviyyəsi üzrə) yenilənməsi istiqamətində işlərə başlanmasına həsr olunub.

İclasda TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun, "Qida mühəndisliyi" ixtisasının tədris olunduğu Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, ADA-İtaliya Azərbaycan Universitetinin professor-müəllim heyəti iştirak edib.

Görüşdə hazırda universitetlərdə tətbiq olunan qida mühəndisliyi üzrə təhsil proqramları və tədris planları (ali təhsilin bakalavriat səviyyəsi üzrə) ətraflı analiz olunub. Türkiyənin qida mühəndisliyi sahəsində aparıcı ali təhsil müəssisəsi olan Hacettepe Universitetinin bu istiqamətdə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb. Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının strukturu, tətbiqyönümlü dərsləri və ixtisaslaşmaya verdiyi önəmi müsbət təcrübə kimi dəyərləndirilib.

Görüşdə Azərbaycan ali məktəblərində "Qida mühəndisliyi" ixtisası üzrə təhsil proqramları və tədris planlarının təkmilləşdirilməsi və gələcəkdə görüləcək tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Ölkədə qida mühəndisliyi üzrə ixtisaslaşmanın aparılmasının, həmçinin təcrübə yönümlü dərslərin tədris prosesində rolunun artırılmasının vacibliyi xüsusi vurğulanıb.

Sonda səsləndirilən təkliflər və aparılan müzakirələr nəzərə alınıb. Tədrisin keyfiyyətinin artırılması məqsədilə daha əhatəli təhsil proqramları və tədris planlarının hazırlanması ilə bağlı qərar qəbul edilib. Yeni proqramın beynəlxalq təcrübəyə əsaslanaraq əmək bazarının tələblərinə cavab verən və tələbələrin praktiki bilik və bacarıqlarını inkişaf etdirən məzmun əsasında formalaşdırılması planlaşdırılır.

 
 

 
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!