• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Şəmil Sadiq: “Operativ Dil Mərkəzinin yaradılması zərurətə çevrilib”

  • 12-01-2026, 05:52

 

 

Hazırda oxunan: Şəmil Sadiq: “Operativ Dil Mərkəzinin yaradılması zərurətə çevrilib”
 

Yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı strateji mahiyyət daşıyan mühüm çağırış kimi qiymətləndirilir.

Dövlət başçısının dilə nəzarət, yad təsirlərin qarşısının alınması və milli dilin saflığının qorunması ilə bağlı mövqeyi cəmiyyətdə dil siyasətinin daha çevik və operativ mexanizmlərlə həyata keçirilməsinin vacibliyini bir daha gündəmə gətirib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirir ki, Prezidentin bu müsahibəsi əslində dövlətin dil siyasətində yeni mərhələyə keçidin anonsudur:

“Prezident İlham Əliyevin dil məsələsi ilə bağlı səsləndirdiyi fikirlər açıq şəkildə göstərir ki, artıq mövcud vəziyyətlə barışmaq olmaz. Dil siyasəti hadisələrə sonradan reaksiya verən yox, prosesi qabaqlayan bir mexanizm üzərində qurulmalıdır.”
 

Onun sözlərinə görə, hazırda Azərbaycan dilinə daxil olan yeni söz və terminlərin rəsmi status alması uzun illər çəkir. Bu isə cəmiyyətdə yazılış, tələffüz və işlənmə ilə bağlı ciddi qeyri-müəyyənlik yaradır:


“Bir termin əvvəlcə qeyri-rəsmi şəkildə danışıq dilinə keçir, sonra mediada müxtəlif formalarda işlədilir, uzun müddət mübahisə doğurur və yalnız illər sonra lüğətlərə düşür. Bu proses bitənə qədər isə cəmiyyətdə dil xaosu yaranır.”

Şəmil Sadiq vurğulayır ki, müasir dövrdə düzgün dil siyasəti belə olmamalıdır:

“Əslində yeni söz məişət dilinə, mediaya və ya elmi üsluba daxil olan anda onunla bağlı aydın və rəsmi mövqe ortaya qoyulmalıdır. Ya həmin anlayış üçün Azərbaycan dilində qarşılıq təklif edilməli, ya qardaş türk dillərindəki uyğun variant seçilməli, ya yeni söz yaradılmalı, ya da termin olduğu kimi qəbul edilərək yazılış və tələffüz qaydası dərhal ictimaiyyətə açıqlanmalıdır.”
 

Ekspert bu ehtiyacı nəzərə alaraq dövlət dəstəyi ilə Operativ Dil Mərkəzinin yaradılmasını zəruri hesab edir. Onun fikrincə, belə bir qurum ölkənin aparıcı dilçi alimlərindən, terminoloqlardan, yazıçılardan və ədəbiyyatşünaslardan ibarət olmalı, müntəzəm şəkildə toplanaraq dilə daxil olan yenilikləri müzakirə etməlidir:


“Ən vacib məqam qərarların vahid və mötəbər mənbədən açıqlanmasıdır. Belə olduqda nə media, nə müəllim, nə də vətəndaş tərəddüd içində qalmaz, dil mühitində pərakəndəlik və gərəksiz variant bolluğu yaranmaz.”

Şəmil Sadiq bu sahədə beynəlxalq təcrübəyə də diqqət çəkir və qardaş Türkiyədə fəaliyyət göstərən Türk Dil Kurumunun modelini nümunə göstərir:

“Türk Dil Kurumu yeni terminlərlə bağlı operativ qərarları ilə tanınır. ‘Selfie’ sözü yayılmağa başlayanda qısa müddətdə ‘özçekim’ qarşılığı təklif edildi və rəsmi şəkildə elan olundu. Nəticədə termin həm mediada, həm də gündəlik dildə sürətlə qəbul edildi.”

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr dilimizi zənginləşdirmir” fikrini xatırladan dosent bildirir ki, çevik və səlahiyyətli bir qurum olarsa, bu cür proseslər nəzarətsiz qalmaz.
 

Şəmil Sadiqin qənaətinə görə, dil canlı orqanizmdir, amma bu, onun özbaşına buraxılması demək deyil. Xüsusilə dövlət dili statusu daşıyan bir dil strateji idarəetmə tələb edir. Operativ Dil Mərkəzinin yaradılması Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafı, terminoloji sabitliyin qorunması və cəmiyyətin dil məsələsində düzgün istiqamətləndirilməsi baxımından artıq seçim yox, zərurətə çevrilib.


Qeyd edək ki, mövzu ilə bağlı rəami media orqanı olan “Xalq qəzeti”ndə Şəmil Sadiqin “Azərbaycan dilinin saflığının qorunması milli məsələdir” sərlövhəli geniş məqaləsi dərc edilib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!