• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi qeyd olunub

  • 16-01-2026, 14:55

Yanvarın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli botanik alim, Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.

 

AMEA Rəyasət Heyəti və  Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə baş tutan yubiley mərasimində dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri, BDU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları,  eləcə də  alimin ailə üzvləri və yaxınları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq ölkəmizdə tanınmış alimlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunmasının artıq ənənə halını aldığını bildirib. Qeyd edib ki, bu nəcib ənənənin əsasının qoyulmasında Ulu Öndər Heydər Əliyevin elmə, ziyalılara və milli intellektual irsə göstərdiyi xüsusi diqqət və qayğı müstəsna rol oynayıb. Akademik İradə Hüseynova hazırda ölkə Prezidenti İlham Əliyevin həmin siyasi xətti uğurla davam etdirərək Azərbaycan elminin inkişafına və alimlərimizin əməyinin yüksək dəyərləndirilməsinə ardıcıl şəkildə diqqət ayırdığını vurğulayıb.

 

O, dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki parlaq nitqində və yerli mətbuata verdiyi müsahibəsində elm və təhsilin inteqrasiyası məsələsinə xüsusi önəm verdiyini söyləyib. Bildirib ki, cənab Prezident çıxışlarında bu iki sahənin qarşılıqlı vəhdətini ölkənin uzunmüddətli və dayanıqlı inkişafının əsas dayaqlarından biri kimi dəyərləndirir. Qeyd edilən kontekstdə AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi fəaliyyəti və pedaqoji yaradıcılığı elmlə təhsilin üzvi şəkildə birləşməsinin parlaq nümunəsi kimi qiymətləndirilə bilər.

 

Akademik İradə Hüseynova vurğulayıb ki, professor Elşad Qurbanovu səciyyələndirən ən başlıca keyfiyyət onun təbiətə Vətənin əmanəti kimi yanaşmasıdır. O, Azərbaycan florasının zənginliyini, növ müxtəlifliyini tərtib etdiyi xəritələrə, qələmə aldığı fundamental əsərlərə və monoqrafiyalara elmi dəqiqliklə köçürmüşdür.

 

“AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi irsinin əsas xəttini yenilik, dəqiqlik və yüksək elmi məsuliyyət təşkil edir. Azərbaycan üçün yeni olan bitkilik tiplərinin – səhra və psevdomaakki bitkiliklərinin morfoloji və ekoloji xüsusiyyətlər bazasında elmi cəhətdən əsaslandırılması onun xidmətləri arasındadır. Floramız üçün onlarla növün və onların yeni yayılma areallarının müəyyənləşdirilməsi,  antropogen təsirlərə məruz qalmış ərazilərin biorekultivasiyası istiqamətində apardığı fundamental tədqiqatlar Elşad müəllimin elmi düşüncə tərzinin miqyasını aydın şəkildə nümayiş etdirir”, - deyə AMEA-nın vitse-prezidenti əlavə edib.

 

Akademik İradə Hüseynova bildirib ki, AMEA-nın müxbir üzvü Elşad Qurbanov yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb. Onun BDU-da uzun illər rəhbərlik etdiyi kafedra gənc tədqiqatçıların formalaşdığı intellektual mühit, canlı bir laboratoriya olub. Alimin rəhbərliyi altında dissertasiya işlərini müdafiə etmiş doktorant və dissertantların böyük əksəriyyəti hazırda müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq ölkənin elmi və idarəetmə potensialına töhfə verirlər.

 

Professor Elşad Qurbanovun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında biologiya və aqrar elmlər üzrə Ekspert Şurasının sədri kimi də uğurlu fəaliyyət göstərdiyini söyləyən akademik İradə Hüseynova onun bu sahədə tələbkar və prinsipial mövqeyi ilə seçildiyini, elmdə obyektivlik, ədalət və yüksək məsuliyyət prinsiplərinin qorunmasına xidmət etdiyini vurğulayıb.

 

O, Elşad müəllimin yüksək vətəndaşlıq mövqeyi və dərin milli məsuliyyət hissi ilə seçilən ziyalı olduğunu deyərək, alimin vətənpərvərliyinin Azərbaycanı, onun təbiətini dərindən tanımasından, bu torpağa qan yaddaşından gələn sevgi ilə bağlanmasından qaynaqlandığını bildirib. Qeyd edib ki, professor Elşad Qurbanov bu sevgini təbiətin və biomüxtəlifliyin qorunmasına xidmət edən elmi tədqiqatlarla, floramızın elmi irsini zənginləşdirməklə ifadə edir.

Çıxışının sonunda akademik İradə Hüseynova AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illiyinə həsr olunan bugünkü tədbiri  alimin yaradıcılığına verilən dəyər və ehtiramın göstəricisi olmaqla yanaşı, Azərbaycan təbiətinin elmi yaddaşında dərin iz qoymuş zəngin, məhsuldar və fədakar ziyalı ömrünə yeni bir baxış kimi yüksək qiymətləndirib. O, yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi ideyalar və yetirmələrinin uğurları ilə dolu illər arzulayıb.

Daha sonra AMEA-nın müxbir üzvü Elşad Qurbanovun həyat və elmi-pedaqoji yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə BDU-nun Genetika və təkamül təlimi kafedrasının müdiri, professor Kamilə Əliyeva yubilyarın ömür yolu və çoxşaxəli  fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, Elşad Qurbanov 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda “Botanika” ixtisası üzrə aspiranturaya qəbul olub. 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1988-ci ildən Botanika və bitki fiziologiyası kafedrasında müəllim, baş müəllim vəzifələrində calışıb. 1992-ci ildən həmin kafedranın müdiridir.

Məruzəçi diqqətə çatdırıb ki, Elşad Qurbanov 1984-cü ildə “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” mövzusunda biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda biologiya üzrə  elmlər doktoru elmi dərəcələrini və həmin ildən professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

 

“Dərin elmi intuisiyaya, fenomenal yaddaşa, yüksək mədəniyyətə malik,  həssas,  qayğıkeş bir insan olan Elşad Qurbanov ömrünün çox hissəsini təhsilə həsr etməklə, gənclərin savadlı və şəxsiyyət kimi formalaşmasında əlindən gələni əsirgəməmişdir”, - deyən professor Kamilə Əliyeva alimin elmi fəaliyyətinin əsasən Azərbaycanın flora biomüxtəlifliyinin və bitki örtüyünün öyrənilməsinə həsr olunduğunu, onun bu istiqamətdə elmə bir sıra yeniliklər gətirdiyini bildirib. Qeyd edib ki, professor Elşad Qurbanov 500-ə yaxın elmi əsərin, 17 dərslik, dərs vəsaiti və monoqrafiyanın, 70-dən çox proqram və metodik göstərişin, 15 ekoloji-geobotaniki xəritənin, 16 müəlliflik şəhadətnaməsinin, 1 patentin müəllifi, 28 kitabın elmi redaktorudur. Alimin son zamanlar apardığı elmi tədqiqat işlərinin yekunları dəfələrlə mühüm nəticə kimi AMEA-nın illik hesabatına daxil edilib. O, Azərbaycanın bir çox bölgələrinin ekoloji-geobotaniki xəritələrini və Azərbaycanın bitki örtüyü xəritəsini tərtib edib.

 

Professor Kamilə Əliyeva əlavə edib ki, yubilyar elmi işlərinin nəticələrinə görə dəfələrlə AMEA-nın Fəxri fərmanlarına, elmi-pedaqoji fəaliyyətinə görə “İlin alimi”, “İlin müəllimi” və “İlin kafedra müdiri” kimi adlara, “BDU-nun 100 illiyi” yubiley medalına  layiq görülüb, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunub, 2019-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

Tədbirdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Vaqif Şadlinski, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Ali Attestasiya Komissiyasının sədr müavini, professor Nigar Ağayeva, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Naxçıvan Dövlət Universitetinin professoru, akademik Tariyel Talıbov, Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, professor Hikmət Məmmədov və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək yubilyarın Azərbaycan elminə verdiyi töhfələrdən,  sadəlik, təvazökarlıq, qayğıkeşlik kimi yüksək insani keyfiyyətlərindən söz açıb, ona xoş arzularını bildiriblər. Çıxışlarda bu gün ömrünün şərəfli illərini yaşayan professor Elşad Qurbanovun həyat yolunun, uzunmüddətli  gərgin axtarışlarının gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Sonda AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək müəllimi olmuş alimlərdən, taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərdən danışıb, Azərbaycan elminin və təhsilinin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb. O, həmçinin yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!