• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Turan Balabilgə Akademiyası” fəaliyyətə başlayıb

  • 19-01-2026, 07:25

 

Yanvarın 17-də Hədəf STARS kampusunda “Turan Balabilgə Akademiyası”nın fəaliyyətə başlaması münasibətilə təqdimat mərasimi keçirilib.

Akademiyanın elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev bildirib ki, “Turan Balabilgə Akademiyası” Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində-2025-ci il dekabrın 5-də Hədəf Liseyində təsis edilib. Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və elmi irsinin qorunması və təbliği, eləcə də məktəblilər arasında akademik və mədəni əlaqələrin gücləndirilməsi məqsədilə yaradılan akademiyanın təsis konfransında Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən olan elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elvin Əliyev mərasim iştirakçılarına “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvləri barədə də ətraflı məlumat verib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, “Turan Balabilgə Akademiyası”nın prezidenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq tədbirdə iştirak edən elm və ictimaiyyət nümayəndələrini, valideynləri, akademiyanın ilk balabilgələrini səmimi salamlayaraq onlara təbriklərini çatdırıb. O bildirib ki, milli kimliyinə bağlı, müasir düşüncəli, texnoloji biliklərə və mənəvi dəyərlərə malik türk gənci modelinin formalaşdırılması “Turan Balabilgə Akademiyası”nın əsas prioritetləri sırasındadır. Qeyd edilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik və akademik azadlıq prinsipləri əsasında həyata keçirir.

“Prezident İlham Əliyevin ‘Bizim ailəmiz Türk dünyasıdır’ tezisi əsas götürülərək tarixini bilən, gələcəyi quran, bəşəri elmə inteqrasiya olmağı bacaran nəsil yetişdirmək bizim həm ziyalı, həm də vətəndaşlıq borcumuzdur”, — deyən Şəmil Sadiq layihənin koordinatorları Gövhər Məhərrəmovaya və Səma Məstəliyevaya səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.

Türkiyə İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin (TESAM) xarici əlaqələr üzrə sədr müavini Talha Zeytinci çıxış edərək Hədəf Şirkətlər Qrupunun elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətlərdən danışıb, Türk dünyasının birliyi, bilik və təhsildə güclənməsi istiqamətindəki təşəbbüslərə görə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqə minnətdarlığını bildirib.

Daha sonra “Turan Balabilgə Akademiyası”na balabilgələrin seçim prosedurları ilə bağlı slayd-təqdimat nümayiş etdirilib. Akademiyanın elmi rəhbərləri, bölmə rəhbərləri olan balabilgələr və iştirakçı üzvlər tədbir iştirakçılarına təqdim olunub. Bildirilib ki, akademiya 6 bölmə üzrə fəaliyyət göstərəcək. Üç aylıq kurs və təlimlərdən sonra məzunlara diplom və sertifikatlar təqdim ediləcək, onlar “Uşaq simpoziumu”nda iştirak hüququ qazanacaqlar. Akademiyanın fəaliyyətinin digər Türk dünyası ölkələrindən olan üzv və rəhbərlərin cəlbi ilə daha da genişləndirilməsi nəzərdə tutulur. Vurğulanıb ki, bölmələrin elmi rəhbərləri öz sahələri üzrə peşəkar elm və ictimai xadimlərdir.

Belə ki, “Fizika və Riyaziyyat” bölməsinin elmi rəhbəri Qalib Şərifov, “Kimya, Biologiya və Həyat Elmləri” bölməsinin elmi rəhbəri Fətəli Hüseynov, “Süni Zəka və Data Elmi” bölməsinin elmi rəhbəri Məmməd Məmmədov, “Maliyyə və biznes savadlılığı” bölməsinin rəhbərləri İlqar İbrahimov və Vasif Əliyev, “Tarix və Mədəniyyət” bölməsinin elmi rəhbəri Dilqəm Əhməd, “Yaradıcı yazarlıq” bölməsinin elmi rəhbəri isə Ramil Əhməddir. Balabilgələrdən Bətulə Abdulzadə “Kimya, Biologiya və Həyat Elmləri” bölməsinə, İbrahim Əzizli və Şəhla Xankişiyeva “Fizika və Riyaziyyat” bölməsinə, Araz Vəlizadə və Abbas Abdulzadə “Tarix və Mədəniyyət” bölməsinə, Əli Mirzəliyev “Süni Zəka və Data Elmi” bölməsinə, Murad Həsənli “Maliyyə və biznes savadlılığı” bölməsinə, İnci Sadiqova isə “Yaradıcı yazarlıq” bölməsinə rəhbərlik edəcəklər.

Mərasimdə çıxış edən elmi rəhbərlər təlim proqramları və planlaşdırma prosesi barədə məlumat verərək bu təşəbbüsün bilikli, vətənpərvər və məsuliyyətli gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda xatirə fotosu çəkdirilib, elmi rəhbərlərlə əməkdaşlıq müqavilələri imzalanıb. Hədəf STARS kampusunun auditoriyalarında “Turan Balabilgə Akademiyası”nın təlimlərinə start verilib, ilk araşdırmalara başlanılıb.

Hədəf-Media

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!