• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycan alimlərinin dünya elmini zənginləşdirən nəzəriyyələri - I YAZI

  • 26-05-2023, 05:28

Azərbaycan elmi hazırda dünya arenasına o qədər də nüfuz edə bilməsə də elə alimlərimiz var ki, onların vaxtilə əsasını qoyduğu nəzəriyyələr bu gün də xarici ölkələrdə öyrənilir, tədris olunur.

 

 

Edupress.az Moderator.az-a istinadən  həmin alimlərin bir neçəsini təqdim edir:

 

 

Murtuza Nağıyev

 

Bu alimin adı ilə yeni bir elm sahəsi-kimya texnologiyasının nəzəriyyəsi yaranıb  və inkişaf edərək müstəqil bir elm səviyyəsinə gəlib çatıb.

“Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi”, monoqrafiyasını dünyanın bir sıra (ingilis, alman, çin) dillərinə tərcümə edilib və tədris olunub. Akademik M.F. Nağıyevin  əsas elmi işləri neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikasına aiddir. Nağıyev fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri özündə birləşdirən resirkulyasiya proseslərinin nəzəriyyəsini yaradıb ki, bu da dünya elmində görünməmiş bir hadisə idi.  

 

 

Zahid Xəlilov

 

Avropada uzun müddət bu alimimin funksional analizlə bağlı yazdığı monoqrafiyadan istifadə olunub.

Funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi bu gün də bir çox ölkələrdə tətbiq olunur.   Azərbaycanda funksional analiz məktəbinin əsasını qoyan alim Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini də  tədqiq edib.

 

 

Yusif Məmmədəliyev

 

Kimya sahəsində “Alkilləşmə kralı” kimi adlandırılan Yusif Məmmədəliyev də Nobel mükafatına namizəd kimi göstərilib.

Belə ki, Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan alimin  namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi.  Qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə ona Nobel mükafatı verəcəkdilər.  Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib  Xruşşov  büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.

 

 

Xudu Məmmədov

 

Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazıb. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.

 

 

Rafiq Əliyev

 

Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:

- AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması

- Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması

- Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi

 - ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi

 Alimin sonuncu iki nəzəriyyəsi – Dayanıqlılıq və Qərarqəbuletmə nəzəriyyələri modern elmi hadisələrdən sayılır. Həmin nəzəriyyələr bu gün Amerika və Avropa universitetlərində tədqiq olunur

 

 

Məcid Rəsulov

 

Riyaziyyatçı alim dəqiq elmlərin 4 istiqamətində fəaliyyət göstərib. Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi isə bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.  

 

 

Mirabbas Qasımov

 

SSRİ miqyasında 100-dən artıq elmi işi nəşr olunan alim  “Funksional analiz və onun əlavələri”  və “Diferensial operatorların spektral nəzəriyyəsi”  ilə bu gün də dünya elmində öyrənilən alimlər sırasındadır.

 

 

Əli Cavan

 

Dünya qaz lazerinin atası adlandırılan  “Şərqin Eynşteyni” professor Əli Cavanın da qaz lazer nəzəriyyəsi bu gün də öz aktuallığını saxlayır. Alim bu ixtiraya görə Nobel mükafatını  bir addımlığında olsa da  sonradan bəzi səbəblər üzündən ondan məhrum olunur. Əli Cavan dünyanın yaşayan 100 dahisi arasında 12-ci yeri tutur.

 

Elyaz Babayev

 

Hazırda ABŞ-ın Minnesota ştatında yaşayan və çalışan alim dünyada modern sümük nəzəriyyəsinin banisi   hesab olunur. “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu” adlı elmi kəşfi ilə dünya elm tarixinə düşüb.  (ardı var)

 

Elmin Nuri

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə araşdırmaçı

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!