• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Dünya uşaq yazıçıları – Onları necə oxumalı? - Müəllim və valideynlər üçün...

  • 26-05-2023, 06:03

Dünya uşaq ədəbiyyatı – ədəbiyyatın tərkib hissəsi olub, məqsəd və vəzifələrinə görə 7-14 yaşına qədər müxtəlif oxucu qruplarının təlim və təhsilinə, tərbiyəsinə yönəldilən bədii əsərlərə deyilir. Dünya uşaq ədəbiyyatı uşaqların yaş səviyyəsinə uyğun üslubda yazılır. Onların yaş səviyyələri 7-14 -ə qədərdir. Uşaqlar üçün əsər yazan hər bir yazıçı bu yaş səviyyəsini nəzərdən qaçırmamalıdır. Burada uşağın ictimai mühiti, inkişafı, zövqü, nitqi, bilik dairəsi də nəzərə alınmalıdır. Bununla belə, heç bir vaxt unutmamalıyıq ki, uşaqlar yaş etibarilə daim dəyişilir, onlar dövrdən- dövrə, nəsildən- nəslə dəyişilirlər. Kiçikyaşlı məktəblilərin (7-14 yaş) oxudugu bədii əsərlərin dili aydın və rəvan olmalıdır. Yıgcam süjetli nəsr əsərlərinin dilində də lirizmə üstünlük verilməlidir. Çünki yorucu əsərlər uşağı mətləbdən uzaqlaşdırar, məzmun yaddan çıxar. Dünya uşaq ədəbiyyatı Şərq ədəbiyyatından qədim hind abidəsi "Kəlilə və Dimnə", ərəb xalqlarının əfsanələri ilə zəngin olan "Min bir gecə", bir çox şərq xalqlarının uşaq ədəbiyyatı nümunələri toplanmış "Oxuyan piyalə" kitabı, ümumiyyətlə, Şərq aləmi, Şərq psixologiyası, Şərq mədəniyyəti haqqında geniş və zəngin bilik əldə etməyə imkan verir. Həmçinin Qərb ədəbiyyatının ən nadir nümunələri- Qrimm qardaşlarının nağılları, Andersenin nağıl və hekayələri, C. Sviftin "Qulliverin səyahəti", M.Tvenin, J.Vernin, M.Ridin, C.Dikkensin, C.Rodari və digər görkəmli sənətkar və yazıçıların əsərlərinin oxu imkanlarını xeyli artırmışdır. Dünya uşaq ədəbiyyatı ilə tanışlıq bütün dünya uşaqlarının milliyətindən asılı olmayaraq mənəvi yaxınlaşmasına xidmət edir.

 

 

 

 

Janrın ən güclü nümayəndəsi

 

Janrın dünya ədəbiyyatında ən güclü təmsilçisi sözsüz ki, danimarkalı yazıçı Hans Xristian Andersendir. Ölümünə qədər uşaq saflığını qorumağı bacaran Hans demək olar ki, uşaqlardan başqa heç kimlə dostluq etmədi. Onun haqqında adətən belə deyilir: Bir gün Kopnehagen küçələrində gəzişərkən Andersen balaca oğlanla rastlaşdı. Uşaq onun gözünün içinə baxıb onun nə qədər tənha olduğunu başa düşdü. Nağılbazın könlünü almaq üçün əlindəki qalay əsgəri ona tərəf uzatdı. Əvəzində Andersen də ona yeni «Köhnə ev» adlı nağıl əhvalatı danışdı. Onun nağıllarında öyüd-nəsihət, ibrət dərsi vermək cəhdi yoxdu. Burda yalnız arzu var. Gözəlliyi görmək istəyən insanların arzuları. Axı həyat özü gözəl bir nağıldır!”

 

Bu gün də ənənəvi olaraq ən yaxşı uşaq əsərlərinə məhz onun adını daşıyan mükafat verilir. Mükafatın sonuncu qaliblərindən biri də Skellinq” bestsellerinin müəllifi - britaniyalı yazıçı  Devid Almond  olub. Yazıçını “uşaqlar üçün sehrli realizmin yaradıcısı” adlandırırlar. Almondun əsərləri uşaqları kitab oxumağa həvəsləndirir, ona dünya şöhrəti qazandıran “Skellinq”  əsəri qarajda mələk tapan oğlan haqqındadır.  Bu əsərə görə yazıçı bundan əvvəl Karnegi medalına da layiq görülüb. Qeyd edək ki, bu ödül nüfuzlu sayılsa da, qaliblərə pul mükafatını nəzərdə tutmur. 

 

Astrid Lindqren

 

Amma bu  sahədə mükafat  tək Andersenin adı ilə bağlı deyil. Uşaq ədəbiyyatının ən yaxşı müəllifləri də Astrid Lindqrenin adını daşıyan mükafata sahiblənirlər. Mükafatın məbləği 700 min avrodur.Rəssam və illuziyaçı olan  Lindqren dünya uşaq ədəbiyyatına Karlson kimi məşhur personaj hədiyyə edib. O yalnız karandaşla çəkər və yazardı. Mə.hur isveçli yazıçı 2002-ci ildə vəfat edib.


 Klassik “uşaqlar”
 

Ad bizi çaşdırmasın. Elə klassiklər var ki, onlar hərdən  öz uşaq pəncərələri ilə də dünyaya baxıblar. Onlar çətin fəlsəfi əsərlərlə yanaşı saflığın balı olan uşaq əsərləri də ortaya qoyublar. Bir –ikisini təqdim edək:

 

Ceyms Coys  - Ceyms Coys XX əsrin ən təsirli, həm də ən çətin başa düşülən ədəbiyyatçılarındandır. Amma kim deyər ki, “Dublinlilər”, “Uliss” kimi ağır əsərlərin müəllifi uşaqlar üçün də çoxlu kitablar yazıb, xüsusilə də pişiklərlə bağlı.

 

1936-cı ildə Coys nəvəsi Stefana iki nağıl yazıb göndərib. Yazıçının göndərdiyi “Şeytan və pişik” adlı nağıl kitab kimi onun ölümündən sonra çap olunub. Nağılda şəhər merinin şeytanla bağladığı müqavilədən bəhs edilir; mer şeytandan bir körpü tikməyi xahiş edir, şeytan isə bunu bir şərtlə qəbul edir: körpüdən keçən ilk adamın ruhu ona veriləcək. Şeytan işini qurtaranda mer körpüdən bir pişik keçirir və pişik şeytana verilir. Coysun “Kopenhagen pişikləri” adlı ikinci nağıl kitabı isə 2012-ci ildə yayımlanıb.

 

Ernest Heminquey - 1951-ci ildə “Holiday” jurnalı Heminqueyin uşaqlar üçün yazdığı iki nağılı dərc edib: “Yaxşı şir” və “Vəfalı öküz”. Birinci nağılda yaxşı makaron yeməyi xoşlayan, qanadlı bir şirdən bəhs edilir. Afrikaya səfər edən şir orada yaxşı qarşılanmır. Ancaq şir buna görə pis olmur, əskinə həmişə əhvalını yüksək tutmağa çalışır. Afrikadan ayrılanda hətta bir əlvida da deyir: “”Adios”(Əlvida) – şir çox təmiz ispan ləhcəsi ilə dedi, çünki o mədəni aslan idi”. “Vəfalı öküz” nağılı isə dava etməkdənsə, gül-çiçək iyləməyi sevən öküzdən bəhs edir.

 

Umberto Eko - Filosof ve yazıçı Umberto Ekonun uşaqlar üçün üç kitabı var: “Üç kosmonavt”, “Bomba və General”, “Qnunun cırtdanları”.

Hər üç kitabda da siyasi mesajlar var. Məsələn, “Üç kosmonavt”-da tolerantlıq və plüralizm mövzusu işlənib. “Bomba və General”da isə mövzu sülh siyasətidir. “Qnunun cırtdanları”nda isə diqqət ətraf mühitin qorunmasına yönəlib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!