• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

"UNEC Startup Cup" yarışının qalibi 20 min manat mükafat qazandı!

  • 30-05-2023, 10:30

 

 

UNEC-in təşkilatçılığı ilə "UNEC Startup Cup" yarışının final mərhələsi keçirilib.

Bakı Biznes Mərkəzində təşkil olunan yarışda tələbə və gənclərdən ibarət 6 komandanın startapı təqdim olunub.

Tədbirin açılışında çıxış edən rəqəmsallaşma üzrə prorektor dos.Raqif Qasımov startap hərəkatının genişləndirilməsinin UNEC-in  İnkişaf Strategiyasının hədəfələrindən olduğunu qeyd edib. UNEC-in Startap Mərkəzinin fəaliyyəti, reallaşdırılan startap layihələri barədə də məlumat verən prprektor UNEC-də startapla bağlı davamlı təlimlərin keçirildiyini, gələcəkdə bu sahə üzrə fənnin tədrisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz startap hərəkatında UNEC-in xüsusi yerinin olduğunu vurğulayaraq, universitetin strategiyasında ekosistem və innovasiyaya böyük diqqət yetirildiyini bildirib. Ölkədə startaplarla bağlı həyata keçirilən yeniliklərdən söz açan Osman Gündüz, indiyədək 94 startapa şəhadətnamənin verildiyini vurğulayıb.  O, gənclərin startapa marağının getdikcə artdığını yüksək qiymətləndirərək, bu ideyaların ölkə ekosisteminə mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.

UNEC Biznes Mərkəzinin rəhbəri Mübariz Şahbazlı universitetin startap təcrübəsindən və bu istiqamətdə aparılan yeniliklərdən danışıb. Startap inkubatorda İsrail təcrübəsinin tətbiqindən, ölkənin və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqdan söz açan M.Şahbazlı yarışa müraciət edən 47 komandadan 6-sının finala vəsiqə qazandığını bildirib və komandalara yarışda uğurlar arzulayıb.

Sonra finalda iştirak edən “4You”, “Documood”, Cagir.az, SchoolPlus MMC , Monyo.az, “Digital Expo Center” komandaları təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra yerli və xarici ekspertlərin təmsil olunduqları münsiflər heyətinin sualları cavablandırılıb və startapların dəyərləndirilməsi aparılıb. Münsiflər heyətinin qərarına əsasən, “Documood” komandası yarışın qalibi olub. Komandanın startap layihəsi sənəd və müqavilələri qanuni olaraq yaratmaq, eləcə də imzalamağa imkan yaradan bulud platformasından ibarətdir. Qalib komanda 20.000 manat mükafat və kubok qazanıb.

Digər iştirakçılara isə sertifikatlar və təqdim edilib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!