• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib-FOTO

  • 29-05-2023, 06:42

 

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və  Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Avstriya, Macarıstan və Böyük Britaniyada silsilə tədbirlər keçirilib.

 

Edupress.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə bu ölkədə təhsil alan və məzun olmuş gənclərimizin iştirakı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir baş tutub. ASAP Avstriyanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərimizə müstəqillik gününün tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. AXC qısa müddət mövcud olsa da, həmin dövrdə müstəqilliyin və dövlətçiliyin təməlini yaradıb. 1990-cı illərin əvvəlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində  Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da, Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində yeni dövr yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı. Çıxış zamanı qeyd olunub ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində regionun aparıcı dövlətinə çevrilib. Tədbirin sonunda gənclər bir araya gələrək Avstriyada ASAP tərəfindən keçiriləcək növbəti layihələrlə bağlı müzakirələr aparıblar.

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP Macarıstan, Azərbaycan Evi və AYİD-in birgə  təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat turniri keçirilib. Turnir başlamazdan öncə 28 May Müstəqillik Günü ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Turnirdə 20-dən çox azərbaycanlı gənc mübarizə aparıb və sonda qalib gənclər mükafatlandırılıb. Turnir həm də azərbaycanlı gənclərin  bir araya gələrək şəbəkələşmələri üçün mühüm rol oynayıb. Qeyd edək ki, turnirdə başqa ölkələrdən olan əcnəbi gənclər də iştirak edib.

Böyük Britaniyanın Belfast şəhərində isə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. ASAP Böyük Britaniyanın təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov açılış nitqi ilə çıxış edib. Azərbaycanlı gənclərimizin bir araya gəldiyi tədbirdə  bildirilib ki, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi bildirilib, habelə onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!