• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Həsrət qoxuyan "YOL ŞEİRLƏR" – Bir “uçuş”dan reportaj-FOTO

  • 30-05-2023, 13:07

Əngin səmaları azadlığa təşnə olan, həsrətdən yanıb-qovrulan bir quş dəlmədədir... Uçur, uçur, yenə də uçur... Ruhuna ağrı tək yığdığı ayrılıqları buludlara yükləyərək bir amal uğrunda–Təbrizin dizinə baş qoymaq üçün-uçur...

Yenə mənim üçün çox doğma  məkandayam: “Xalq Bank”ın əsas binasında “Xalq əmanəti” layihəsinin növbəti buraxılışının-Güney həsrətli Xalq şairi Hökumə Billurinin “Seçilmiş əsərləri”nin təqdimatındayıq. Azadlıq yanğılı, Vətən həsrətli quşcuğazı da bir neçə dəqiqə gözümü çəkmədən bu kitabın üz qabığında müşahidə edirəm. Vərəqlədikcə fərqinə varıram ki, kitabdakı bütün şeirlərin ruhu, ovqatı, dərdi elə bu üz qabığındakı həmin quşun uçuşunda əks olunub... Hökumə Billuri bu uçuş naminə yüzlərlə şeirlər yazıb, cild-cild kitablar çap etdirib... Və “Xalq Bank” özünün “Xalq əmanəti” layihəsi həmin şeirləri bir uçuş halında bir araya gətirib...

 

 

“Təbrizin küçələri dolanbadolan...”

Hökumə Billurinin nəfis tərtibatla hazırlanmış “Seçilmiş əsərləri” həm də bir özəlliyinə  görə seçilir:  Kitab bütövlükdə, içindəki bütün yazılanlarla birlikdə Təbrizin ayrılıq,həsrət xəritəsidir. Odur ki, küçə-küçə, ev-ev oxunur... Oxuyanda anlayırsan ki, burada Təbrizə aid hər şeyin-küçələrin, yolların, damların öz dadı var. Hökumə xanımın qələmində isə Təbrizin bütün  yolları  həsrət dadır... Duzlu göz yaşı qatılmış, kifsimiş vağzal qoxuyan bir dad... Buradakı yollar insana həsrət yedirdir...  

Təbrizin bütün yolları onsuz da ayrılıqlar üzrə ekspertdir, həsrət üzrə mütəxəssisdirlər. Hökumə xanımın şeirlərində isə bu yollar  həm də üsyanın, dirənişin tərbiyəçisidirlər. Vərəqlədikcə daha da fərqinə varırıq ki, Hökumə Billuridəki üsyan ruhunun özü bu yollarda tərbiyə alıb, böyüyüb-yetişib, boya-başa çatıb.

 

Bir həsrət nəğməsi içindən reportaj

 

Hökumə Billurinin “Seçilmiş əsərləri”nin təqdimatı keçirildiyi “Xalq Bank”ın əsas binasında qonaqlar artıq yerini almadadır. Az sonra təqdimata toplanmış tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat adamları, media təmsilçiləri, rəsmi qonaqlar və s. üçün həm indi əlimdə tutduğum bu kitabla bağlı ətraflı məlumat veriləcək. İndi fərqinə varıram ki, sən demə, kitabı vərəqlədikcə, oradakı şeir parçalarına göz gəzdirdikcə beynimdə özümdən xəbərsiz bir musiqi səslənirmiş. Hətta gözümü o şeirlərdən  ayıranda da həmin musiqi dayanmır. Hökumə Billurinin şeirləri ilə necə də ruh qardaşı imiş bu?! Özümdən xəbərsiz məndə səslənən bu musiqini Güney Azərbaycan yanğısı ilə dünyasını dəyişən mərhum Rübabə Muradova oxuyur... “Qaragilə”adlı xalq mahnısını həsrətlə bu kitabın arxa fonu kimi səsləndirir: “Təbrizin küçələri, dolanbadolan, Qaragilə, dolanbadolan...”

Hökumə xanım isə ona özünün Təbriz bayatıları ilə cavab verir:

Gözəlim ana Təbriz,

Yaralı sona Təbriz.

Sənsiz keçən günlərim

Gələrmi, sana Təbriz?

 

Əzizim, dağlar üstə,

Dağ vurdun dağlar üstə.

Bülbül olub uçaydıq,

Təbrizdə bağlar üstə.

 

 

Kitabı vərəqləyən zaman təsadüfən rastıma çıxan və acgözlüklə oxuduğum Təbriz bayatılarından bir neçə misranı öz-özümə sələndirə-səsləndirə təqdimat zalına daxil oluram.

Əvvəlcə məlumat verək ki, “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrinin qəhrəmanı  Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə “Azəri” qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə II Dünya müharibəsi illərində, Sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışıb.

1952-1954-cü illərdə Hökumə Billuri “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cı illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.

Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, həmçinin “Azərbaycan” jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.

“Mənim arzum” (“Uşaqgəncnəşr”, 1949), “Ölməz qəhrəman” (“Azərnəşr”, 1950), “Həyat yollarında” (“Azərnəşr”, 1951), “Mübarizə illərində” (“Azərnəşr”, 1954), “Şeirlər”, (“Uşaqgəncnəşr”, 1954), “Şairin yadigarı” (“Azərnəşr”, 1957), “Səhər günəşi” (“Azərnəşr”, 1964), “Səndən uzaqlarda” (“Azərnəşr”, 1961), “İstərəm”, “Şeirlər” (“Azərnəşr”, 1966), “Necə unudum” (“Gənclik”, 1974), “Çinar gözləyir məni” (“Azərnəşr”, 1976), “Apar məni o yerlərə” (“Yazıçı”, 1981), “Bir də bahar gəlsə” (“Yazıçı”, 1984), “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1986), “Dünya belə dünyadır” (“Yazıçı”, 1989), “Nə qəribə dünya imiş” (“Azərbaycan”, 1997), “Seçilmiş əsərləri” (“Şərq-Qərb”, 2005) şeir kitablarının, “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” (“Elm”, 1972) və  “Məhəmmədhüseyn Şəhriyar”  (“Elm”, 1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitab halına salınaraq Moskvada nəşr edilib.

 

Akademik Nizami Cəfərov Hökumə Billuri barədə yuxarıdakı bilgilərlə yanaşı, əlavə məlumatlar da verir, bəzən öz yaddaşını işə salaraq biri-birindən maraqlı xatirələr də danışır. Zalda birbaşa Təbrizdən gələn qonaqlarla yanaşı,  Hökumə xanımın öz övladları Cahangir bəy və Elnaz xanım da var. Yeri gəlmişkən, təqdimatın sonunda mükəmməl və axıcı bir nitqlə çıxış edən Elnaz xanım oradakılara sanki anasının adından bir-bir təşəkkür edir və təşəbbüskarların əməyini alqışladı.

Kitabın tərtibçisi və redaktoru Səlim Babullaoğlu Hökumə xanımın poeziyası barəsində danışarkən maraqlı bir məqama toxunur. Şairin bu sözləri az əvvəl vurğuladığımız bir məqamı bir daha təsdiqləmiş olur: Hökumə Billurinin bütün şeirləri özü-özülüyündə azadlığa, Vətənə qovuşmağa həsrətli bir quş uçuşudur:

 

“Hökumə xanımın yaradıcılıq kredosunu bir bəndlə ifadə etmiş olsaydım, bu bəndi səsləndirmək olardı. Hökumə Billurinin yaradıcılığı bu dörd misrada bütünlüklə ifadə olunur:

 

Təbrizdə Bakını gözündə saxlar,

Bakıda Təbrizi gəzər, soraqlar.

Bir gözü güləndə bir gözü ağlar,

Bir nakam Leyladır, mənim ürəyim.

 

Elə “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynlinin də fikirləri vətənhəsrətli şairənin bütün yaradıcılığının bir kredoya mənsunluğuna eyham vurmuş oldu:

“Hökumə xanım vətənin parçalanması mövzusunu yaradıcılığında ardıcıl olaraq işıqlandırıb. Hökumə xanımda Güney həsrəti həm də şəxsi həsrət idi. Ruhunda, mənəviyyatında açılan yaraların ağrısı idi. O baxımdan elə bilirəm ki, onun yazdıqları daha səmimi idi. Bütün mövzulara baxışı oradakı dərdləri, o ayrılığı əks etdirmək baxımından bizim üçün dəyərlidir”.

Kitabda bədii tərtibat və dizayn işinin müəllifi Tərlan Qorçu isə çıxışında üz qabığı ilə bağlı səsləndirdiyi fikirləri çox yaddaqalan oldu. Deməli, elə ilk dəqiqələrdən diqqətimizi xüsusilə çəkən nişanələr-üz qabığının məzmunu- elə yaradıcı heyət üçün də kitabın bütün ruhunun təcəssümü imiş.

Son söz yerinə - Yaxud, oxucu üçün qeydlər

Artıq çıxışlar da bitmək üzrədir. Amma sanki yenə də  mərhum Rübabə Muradovanın yanğı ilə oxuduğu “Qaragilə” xalq mahnısının elə buralardaca səs eşidilir. Əziz oxucu, siz də bu kitabı vərəqlədikcə bu və ya buna bənzər musiqini eşidəcəksiniz. Bu kitabdan həm də Təbriz küçələrinin qoxusu gəlir. İnsana həsrət yedizdirən küçələrin və insanı özünə çevirən küçələrin qoxusu...  Bu yollar, bu  küçələr bir ruhi anlayışdı. Kimin ruhu o ruhla qovuşursa mütləq onun qoxusunu da üzərində gəzdirir.

Hökumə xanımın bütün şeirləri  bəlkə elə o küçələr və o qoxular barədə elegiyadır.

 

P.S.Həm də əngin səmanı yararaq Vətən doğru süzən bir quşun uçuşu haqqında elegiya...

 

Elmin Nuri

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!