Global Olympiad Centerin təşkilatçılığı ilə ölkə tarixində ilk dəfə olaraq “Azərbaycandan dünyaya” Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı təşkil olunub. Konfransının məqsədi iştirakçılara riyaziyyat təhsili sahəsində lider olmaq və intizamın inkişafına kömək etmək üçün ilham vermək, öyrətmək və gücləndirmək, bu konfrans ilə beynəlxalq riyaziyyat olimpiadalarında uğur qazanmaq istəyən şagirdləri, onların valideyn və müəllimlərini doğru şəkildə istiqamətləndirərək beynəlxalq arenada uğur qazanmalarına kömək etmək olub.
Edupress.az xəbər verir ki, Konfrans Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk olaraq konfransı açıq elan etmək üçün Global Olympiad Centerin direktoru Xəyal İbrahimzadəyə söz verilib. Çıxışında olimpidaçı şagirdlərin yetişməsinin vacibliyindən danışıb. Xəyal bəydən sonra söz spikerlərə verilib. İlk olaraq Azərbaycan Respublikasının Elm vəTəhsil Nazirliyinin ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev - “Ölkəmizdə riyaziyyat fənn olimpiadalarının bugününün və sabahına perspektiv baxış” mövzusunda çıxış edib. Ardınca Akdeniz universitetinin profesorları, Türkiyə riyaziyyatının duhaları prof. İlham Əliyev və prof. Mustafa Özdəmir “Riyaziyyat olimpiadası, Olimpiya təhsili, Riyaziyyat Olimpiadası dünəni və bugünü”mövzusunda, “Riyaziyyat olimpiadalarından kim qorxur?” mövzusunda isə Türkiyədə olan təhsil müəsisələri matematik Olimpiya koordinatoru və təlimatçısı- İhsan Yücel, xüsusi metodala birinci sinifdən olimpidaçılar yetişdirmək mümükün olduğu haqqında isə Rauf Tağıyev, ADA universitetinin professoru Rafel Əlizadə “Olimpiada məsələlərinin həllində boyama üsulu” mövzusunda, “Fərqli, lakin eyni” mövzusunda - Yücel Arıcı, Təhsil İnstitunun İstedadlı Uşaqlarla iş şöbəsinin əməkdaşı Qorxmaz Mustafayev isə “Olimpiadalarla əməkdaşlıq” mövzusunda çıxış edib.
İştirakçıların billikləri həndəsi silsilə kimi aratan konfransın ardında qonaqlar sual-cavablarla davam edib. Qonaqlar müəllimlərin, tələbələrin, şagirdlərin suallarını cavablayıblar.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.