• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi-FOTO

  • 30-05-2023, 15:25

 

“Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi və Ortaq Türk Dünyası Olimpiadasının iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyini də ziyarət ediblər.

Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, millət vəkilləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ölkəmizdəki səfirləri, Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, müəllimlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Çırpınırdın, Qara dəniz”  kompozisiyası ilə başlayan tədbirdə Ortaq Türk Dünyası Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadaya qoşulan bütün qardaş türk ölkələrinin  komandalarını təbrik edib.

F.Qurbanov 2023-cü ilin “Heydər Əliyev İli” və Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə əlaqədar təşkil olunan Ortaq Türk Dünyası Olimpiadasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, türk dünyasının bütövlüyü hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, milli mədəniyyətinin inkişaf etdirilməsinin başlıca şərtidir. Bu birliyin daha da gücləndirilməsi baxımından Ortaq Türk Dünyası Olimpiadası bir körpü rolunu oynayır.

Elm və təhsil nazirinin müavini Vətən Müharibəsi zamanı, eləcə də ondan sonrakı dövrdə türk ölkələrinin Azərbaycan xalqına yüksək dəstəyindən söz açıb. O, həmçinin ölkəmizdə ortaq türk ədəbiyyatı və türk əlifbası dərsliyinin hazırlanacağını nəzərə çatdırıb.

Çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli, İzmir Aliağa İlçe Milli Eğitim müdiri Erdoğan Akyüz Ortaq Türk Dünyası Olimpiadasının türk ölkələri gəncliyinin əlaqələri və qarşılıqlı inteqrasiyası baxımından yeni səhifələr açdığını bildirib, belə bir olimpiadanın təşkil olunmasını təqdirəlayiq missiya kimi qiymətləndiriblər. Çıxış edənlər Ortaq Türk Dünyası Olimpiadasını türk dünyası tarixinin yeni nəsillər tərəfindən yazılmasının təməli kimi dəyərləndiriblər.

Daha sonra türk ölkələrini təmsil edən olimpiada iştirakçılarının və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir türk xalqlarının rəqsləri əsasında hazırlanmış kompozisiya ilə başa çatıb.

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!