• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

LDU-da Elmi şuranın - İmtahan sessiyasına hazırlıq müzakirə edildi

  • 01-06-2023, 07:38

 

 

Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə Elmi şuranın sədri, professor Natiq İbrahimov açıb və  gündəlikdə duran məsələlər barədə qısa açıqlama verib.

Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2022/2023-cü tədris ilinin yaz semestrinin yekunu. İmtahan sessiyasına hazırlığın vəziyyəti” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor,  dos. İdrak Əsgərov məlumat verib. Bildirib ki, universitetdə cari tədris ilinin yaz semestri artıq yekunlaşıb və imtahan sessiyasına hazırlıq işləri də başa çatmaq üzrədir. 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası yeni qaydalar əsasında əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2023-cü il tarixindən 04.07.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin tədris qrupları üçün 10.06.2023-cü il tarixindən 17.06.2023-cü il tarixinədək keçiriləcək. Bütün fakültələr üzrə imtahanlar iki növbədə keçirillməklə 1-ci növbə  saat 09:00-dan 11.30-dək, 2-ci növbə saat 14:00-dan 16:30-dək təşkil olunacaq.

 

İdrak Əsgərov bildirib ki, bu il ilk dəfə olaraq  məhz yaz semestrində imtahanların vaxtının təyin olunmasında  tələbələrə seçim hüququ verilib və onlar onlayn qaydada bu seçimdən isifadə ediblər. Yeni qaydalara əsasən tələbə imtahana  düşən fənlərin gününü və saatını özü müəyyənləşdirmək imkanı əldə edərək imtahanları  daha tez yekunlaşdırmaq şansı qazanıb. İmtahan keçiriləcək otaqlar kompüter, printer və digər lazımi texniki avadanlıqlarla təmin olunmuş, otaqlara internet xətti çəkilmişdir.  İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Оpеrаtiv Qərаrgаh yаrаdılmışdır. Sеssiyаnın gеdişi zаmаnı imtаhаnlаrın nəticəsindən yаrаnа biləcək nаrаzılıqlаrın və şikаyətlərin mövcud qаydаdа аrаşdırılmаsı və müvafiq qərar qəbul edilməsi məqsədi ilə sessiya müddətində Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına hər bina üzrə bir otaq ayrılmışdır.

Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirildilmişdir. 27 və 30 iyun tarixlərinin yerinə tələbələrə 25-i və digər günlərdən birini seçmək imkanı  yaradılmışdır. Həmçinin şifahi imtahanlara düşən tarixlər də dəyişdirilərək fakültə dekanları tərəfindən yeni vaxtlar təyin olunmuşdur. Yaz imtahan sessiyasının keçirilməsi ilə bağlı yeni qaydalara müvafiq Elektron baza əsasında keçirilmiş sınaq imtahanları uğurla nəticələnmişdir.

Elmi şurada “Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılan Universitetin akkreditasiyası haqqında” yoxlamanın nəticələri barədə də Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor  dos. İdrak Əsgərov məlumat verib.

Şura iclasında cari məsələlərə də baxılıb və müzakirə edilən bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!