
`K-Innovation Partnership Program - Technology Commercialization Knowledge Lab (TCK-Lab)'' Proqramı əsasında “Azərbaycanda YTP-nin istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi (2022-2024) çərçivəsində 20-28 May 2023-cü il tarixlərində Cənubi Koreyada keçirilən təlimçi təlimləri təcrübə proqramı tamamlandı.
Edupress.az xəbər verir ki, sözügedən Proqram Koreya Respublikası hökumətinin maliyyə dəstəyi ilə, ETN (AMEA YTP) AMEA Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI https://www.stepi.re.kr/site/stepien/main.do) tərəfindən birgə həyata keçirilir.
İnnovasiya ekosistemi, o cümlədən texnologiyaların transferi və elmin kommersiyalaşdır;lması sahəsində bacarıqların artırılmasına hesablanmış təlimçilərin təlimi təcrübə proqramı Koreyanın bu sahədəki ən təcrübəli aşağıdakı təşkilatlarında təlim və müzakirələr formasında keçirilib:
1.Sk T.um Future Centre https://tum.sktelecom.com/main.do
2.Korea Institute for Advancement of Technology (KIAT) https://www.kiat.or.kr/front/user/main.do
3.Korea Institute of Science and Technology (KIST) https://eng.kist.re.kr/eng/index.do
4. Innotown SEOUL Bio-hub https://www.seoulbiohub.kr/front/user/engmain.do
5. Koreya Universitetinin X-Garage İnkubasiya Mərkəzi https://www.korea.edu/mbshome/mbs/en/index.do
6. Korea Advanced Institute of Science & Technology (KAIST) https://www.kaist.ac.kr/en/html/research/04.html ; https://startup.kaist.ac.kr/#secondPage
7. Hanbat University https://www.hanbat.ac.kr/eng/
8. KIBO National Tech Bank https://www.kibo.or.kr/index.do
Təcrübə proqramın nəticələrinə əsasən Texnologiyaların Transferi və Elmin Kommersiyalaşdırılması Platformasının (https://www.ttcp.az/ TTCP) inkişaf planı da hazırlanıb.