
“Bu gün "Hər yerdə kitab" aksiyası ilə bağlı növbəti tədbiri Bakı-Pirşağı-Sumqayıt sürət qatarında keçirdik. Aksiya çərçivəsində iştirakçılar elmi, bədii və publisistik kitabları oxudular. Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin oxumağa və mütaliəyə marağını daha da artırmaqdır. Məkan olaraq sürət qatarının seçilməsi də məhz bununla bağlı idi”.
Edupress.az xəbər verir ki, bunları Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Maarifçi aksiyalarda mütəmadi surətdə iştirak edən C. Məmmədov sonuncu nümunəvi addımla gəncləri mütaliəyə, kitaba səsləyib:
“Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür. Əlavə olaraq qeyd edim ki, vaxtdan səmərəli istifadə edərək gənclərlə birlikdə Sumqayıt şəhərini gəzib yaxından tanıdıq. Sonda aksiya iştirakçıları ilə bir yerdə oxuduğumuz kitabları təhlil edərək xatirə şəkli çəkdirdik. Gələcəyimiz gənclərə əmanətdir. Onların inkişafına töhfə vermək hər birimizin borcudur”.
#MilliMəclis #Deputat #CeyhunMəmmədov #YeniAzərbaycanPartiyası #YAP #120saylıseçkidairəsi #Cəbrayıl #Qubadlı #Qarabağ #ŞərqiZəngəzur #Gənclik #mütaliə #oxu #oxumaq #heryerdekitab #kitab #AzərbaycanDəmirYolları #ADY