• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“GREEN START ACADEMY”-nin NÖVBƏTİ LAYİHƏSİ – “ƏZMİN MÖCÜZƏSİ”NİN -FOTO

  • 05-06-2023, 11:30

 

 

Green Start Academy-nin təşkilatçılığı RM Nəşriyyatının təşkilatı dəstəyi ilə 1 iyun tarixində “Əzmin möcüzəsi” layihəsinin təqdimatı keçirildi. Təqdimat günündə sağlamlıq imkanları məhdud olan uşaqlar və ailələri, bu uşaqlarla işləyən mütəxəssislər, təşkilat rəhbərləri və digər qonaqlar iştirak edirdi.

Tədbir Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadənin nitqi ilə başladı. Aysel xanım 5 illik fəaliyyəti olan Green Start Academy haqqında tədbir iştirakçılarına məlumat verərək, təqdim etdikləri yeni layihənin cəmiyyət üçün faydalı olacağını bildirdi. Həmçinin təşkilat rəhbəri qeyd etdi ki, təqdimatın 1 iyun – Uşaqların Beynəlxalq Günündə keçirilməsinin məqsədi də sağlam uşaqlarla sağlamlıq imkanları məhdud olan uşaqların həmrəliyini nümayiş etdirməkdir.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarsinin nümayəndəsi Elşad Səfixanov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Əmirxan Səfərov çıxış edərək uşaqları bayram münasibətilə təbrik etdi və yeni layihə ilə bağlı arzu-diləklərini dilə gətirdilər.

Sonra “Əzmin möcüzəsi” layihəsinin dəstəkçisi – RM Nəşriyyatının təsisçilərindən Əli Əlibəyli layihənin ərsəyə gəlməsi haqda fikirlərini bölüşdü. Sonra layihənin rəhbəri Nigar Əlibəyli layihə haqqında ətraflı məlumat verdi. Nigar xanım bildirdi ki, layihə çərçivəsində həyata keçiriləcək xidmətlərə sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən seminarlar, validenlər üçün müxtəlif psixoloji mövzularda təlimlər, mövcud müasir müalicə metodları və mərkəzlər (yerli və xarici), vəsaitlər və ləvazimatlar, ev şəraitində uşaqla məşğul olunacaq  məşğələlər  haqqında məlumatlar, müxtəlif qurum, təşkilatlarla iş üzrə dəstək, diaqnostika və konsultasiyalar, treninqlər və praktik məşğələlər daxildir.

Tədbirin bədii hissəsi musiqisi Lalə Şirinə, sözləri Leyla Vahidqızına məxsus olan və musiqi məktəbinin tələbəsi Fidan Atakişiyevanın ifa etdiyi “Əzmin möcüzəsi” mahnısı ilə başladı. Ardından isə sağlamlıq imkanları məhdud olan uşaqların rəngarəng çıxışları tədbir iştirakçılarının heyranlığına səbəb oldu. Belə ki, inkluziv uşaqların xorundan ibarət xüsusi qayğıya ehtiyacı olan uşaqların Himni, selebral iflic xəstəliyindən əziyyət çəkən Əlihüseyn Tağızadə, Fatimə Quluzadə, autizm sindromlu İlham Qasımov, Ayxan Quluzadə, daun sindromlu Cavid Həsənzadə, Banu İsgəndərli, asperger sindromlu Heseyn Hacılının ifası böyük maraqla qarşılandı.

Bundan başqa, psixoloq Elmir Əkbər, “Ümid var” İnklüziv qrupunun rəhbəri Nazilə Məhərrəmova, həkim-reablitoloq Afaq Məmmədli, xüsusi pedaqoq Zivər Xanlarova, psixoloq Sevinc Abdullayeva və digər mütəxəssislərin çıxışı və layihəyə dəstək vermələri təşkilatçılar və digər iştirakçılar tərəfindən təqdir olundu.

“Əzmin möcüzəsi” layihəsinin təqdimat görüşü tortun kəsilməsi, çıxış edən uşaqların Təşəkkünamə və hədiyyələrlə təltif olunması ilə sona çatdı.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!