• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ayyət Əhmədin fransız dilində kitabı çıxdı - DƏRS VƏSAİTİ

  • 07-06-2023, 07:36

Azedu.az təhsil portalının əməkdaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi dillər kafedrasının müəllimi Ayyət Əhməd oğlu Abdullayevin (Ayyət Əhməd) Fransızca-Azərbaycanca “Le Français Professionnel et Pratique” adlı dərs vəsaiti işıq üzü görüb.

Heç kimə sirr deyil ki, çağdaş dövrdə, qloballaşan dünyada xarici dillərin öyrənilməsi olduqca geniş yayılmış tendensiyadır. İstər müzəffər Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, istər multikultural dəyərlərin mənimsənilməsi və aşılanmasında, istər musiqi və mədəniyyətimizin beynəlxalq məkanlara inteqrasiyasında, istərsə də dövlət və özəl müəssisələrə işə qəbul prosesində dil bilgisi prioritet təşkil edir. Azərbaycanda fəaliyyət göstərən şirkətlər sırasında Fransa və ya frankofon(fransızdilli) ölkələrin şirkətləri də yer alır. Azərbaycan və Fransa arasında təhsil sahəsindəki əməkdaşlığa müvafiq olaraq hər il onlarla tələbə Fransa ali təhsil ocaqlarına uğurlanıb, yüksək ixtisaslı kadr kimi formalaşaraq, vətənə dönürlər. Bu mənada gənclərin əksəriyyəti fransız dilinin öyrənilməsinə meyl edir və cəhd göstərir.

Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, fransız dili mədəniyyət, musiqi və estetika dilidir. Bu dildə bütün sahələrlə bağlı zəngin ədəbiyyatlar mövcud olduğu üçün intellektual və kübar təbəqə də fransız dilini öyrənir və öyrənməkdədir. 

Məlumdur ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni(fransız dili) tədris olunur.  Bu fənn “Marketinq”, “Kommunikasiya sistemləri mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Nəqliyyat mühəndisliyi” və digər ixtisaslar üzrə təhsil alan tələbələrə xitab edir. Doğrudur, texniki təmayüllü univeristetlərlə bağlı rus və fransız dillərində Moskva və Sankt-Peterburq nəşrlərinin çoxsaylı dərs vəsaitləri dünya kitab bazarında bazarlanır. Azərbaycan dilində isə bu sayaq kitabların sayı azdır. Bu da texniki fənlər üzrə təhsil alan tələbələr üçün çətinliklər törədir. Buna baxmayaraq, tərtib etdiyimiz "Le français Professionnel et Pratique" adlı dərs vəsaiti həmin çətinliyi aradan qaldırmağa xeyli kömək edəcəkdir. 

Kitabda dərslərin interaktiv şəkildə təşkil olunması üçün olduqca modern və innovativ üslubla seçilib. Bu dərs vəsaiti müasir fransız metodikasına əsaslanaraq, fransız dilini sadədən mürəkkəbə doğru qısa zaman kəsiyində öyrənməyə imkan verəcək. Dərsliyin quruluşu sadə, tərtibatı asan və anlaşıqlıdır. Eyni zamanda bu dərs vəsaitində fransız dilinin fəlsəfəsi də açılır. 

Dərslik üç əsas hissədən ibarətdir: fonetika, qrammatika və leksika. Fonetika bölməsində öncə fransız dili əlifbası, ayrı-ayrı hərflərin, hərf birləşmələrinin oxunuşu, onlara dair misallar, əsas fonetik hadisələr:“L’Enchaînement”-birləşmə,“La liaison”- əlaqə və “Règles de syllabation” - heca bölgüsü qaydaları və onların hər birinə aid çalışmalar tərtib olunmuşdur.


Qrammatika bölməsində ən əsas qrammatik qaydalar Azərbaycan dilinin qrammatikasi ilə müqayisəli şəkildə izah olunmuş və hər bir qrammatik qaydaya dair çalışmalar öz əksini tapmışdır. Leksika bölməsində isə hazırda bütün dünya ölkələrində tətbiq olunan “communicative”-“interactive” metodikaya əsaslanan danışıq mətnləri və dialoqlar hazırlanmışdır ki, bu dialoqlar tələbələrin fransız dilində ən qısa zamanda ünsiyyət qurmalarını və onlarda dünya görüşün zənginləşməsini, dərin erudisiyanı təmin edə bilər. 

Bir sözlə, mətnlərin dialoq şəklində seçilməsi sırf  bu dildə danışığı tez öyrətməyi və inkişaf etdirməyi hədəfləyir. Bu dərs vəsaitində tələbələrin müstəqil olaraq oxumaları üçün asan mətnlər seçilmişdir ki, bunlar da ev oxusu adı altında verilmişdir. Sözügedən vəsait tələbələrin texniki sahələrdə fransız dilini sürətli, asan və mükəmməl öyrənmələri üçün geniş üfüqlər açacaqdır. Eyni zamanda onların universiteti bitirdikdən sonra texniki sahədə fransız dilini mənimsəmiş mütəxəssis kimi iş həyatları və fəaliyyətlərində mühüm rol oynacaqdır.  

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!