• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

  • 08-06-2023, 08:54

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində 8 iyun 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində (LDU) müəllim və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib.

Universitetdən Edupress.az-a bildirilib ki, seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, prof. Kamran Kazımov açaraq tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş Millətlər Təşkilatının (BMT) 30 maddədən ibarət qəbul etdiyi İnsan Hüquqları haqqında Bəyannamə, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə görülən işlər, aparılan islahatlardan ətraflı bəhs edib. Kamran Kazımov Ermənistanın Azərbaycana 30 ilə yaxın davam edən təcavüzü, mənfur qonşularımız tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulmasından danışıb, 44 günlük Vətən müharbəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, qəhrəman oğullarımızın qanı, canı bahasına vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunduğunu qeyd edib.
 
Tədbirdə LDU-nun hüquqşünası Çingiz Cavadov məruzə edib. Məruzəçı Azərbaycan Respublikasının Konstitutsiyasında, beynəlxalq qanunvericilikdə insan hüquqları haqqında olan maddələri ətraflı şərh edib, sosial şəbəkələrdə, mediada insan hüquqlarının təbliğ edilməsinin, gənc nəsildə hüquqi düşüncə və mədəniyyətin inkişaf etdirilməsinin vacibliyini bildirib, həmçinin, LDU-da bu istiqamətdə aparılan işlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Məruzədə qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq.
 
Məruzə ətrafında LDU-nun Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov çıxış edib. Bildirib ki, hər ilin 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə bağlı ölkəmizdə “İnsan hüquqları aylığı”nın elan edilməsinin əsas məqsədi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, əhalini hüquqi maarifləndirməkdir.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!