• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Fransada “Heydər Əliyev irsi - Azərbaycan - Avropa Şurası münasibətlərinə tarixi baxış” adlı konfrans -FOTO

  • 12-06-2023, 13:48

 

Fransanın Strasburq şəhərində yerləşən “Sofitel” otelində Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan Fransa Məzunları Assosiasiyası (AAAF) İctimai Birliyi  birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsi - Azərbaycan - Avropa Şurası münasibətlərinə tarixi baxış” adlı konfrans keçirilib. Qeyd edək ki, 1997-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökümət başçılarının Fransada keçirilən İkinci Zirvə Görüşündə iştirak üçün Strasburq şəhərinə gələn Ümummilli Lider Heydər Əliyev məhz bu oteldə bir sıra rəsmi görüşlər keçirmişdir.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən çətin anlarında onu tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulayıb. Səfir Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının tarixindən və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı apardığı uğurlu siyasətdən danışıb.

Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olduğunu vurğulayan ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov bu yolda qətt edilmiş maneələrdən bəhs etmiş və Avropa Şurasına üzvlüyümüz vasitəsilə ölkəmizin uzun illər ərzində üzləşdiyi hərbi işğalın beynəlxalq səviyyədə qınanması və habelə ədalətsizliyin ifşa edilməsi istiqamətində əldə olunmuş nailiyyətləri xatırlatmışdır.

 Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov öz çıxışında bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla yerinə yetirilməsinin şahidiyik. Xüsusilə Vətən müharibəsində qələbəmizdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas rolu gənclərin oynaması ilə bu uğurlu siyasətin şahidi olduq. Bununla yanaşı, ölkəmizin hüdudlarından kənarda təhsil alan savadlı, bacarıqlı gənclərimiz də xaricdə təhsil aldıqları zaman ölkəmizin maraqlarının müdafiəsində vacib işlər görürlər.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Azərbaycan Fransa Məzunları Assosiasiyası İctimai Birliyinin sədri və Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov Azərbaycan-Fransa əlaqələrinin qurulmasının tarixindən, beynəlxaq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən danışıb.

Sonda çıxış edən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli azərbaycanlı gənclərin beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil etməsi, qərarverici rollarda iştirakının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin əsas nəticəsi olduğundan bəhs edib. ASAP tərəfindən bu yöndə həyata keçirilən layihələrdən söhbət açan Rafael Hacıbəyli hazırda on xarici ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin gənclərin inkişafına olan müsbət təsirini, gənclərə faydalı layihələrin və nümayəndəliklərin sayının artırılacağını vurğulayıb.

Sonra rəsmi qonaqların iştirakı ilə azərbaycanlı gənclərlə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP tərəfindən Fransada keçiriləcək yeni layihələrlə bağlı da müzakirələr aparılıb. Onların təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi tərəfindən və eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində isə xarici qonaqlara milli musiqimiz və mətbəximizin ləziz təamları təqdim olunub, bizi birləşdirən dəyərlərimizi, adət-ənənələrimizi nümayiş etdirmək imkanı yaradılıb. Gənclərin yemək masası arxasında şəbəkələşməkləri təmin olunub.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!