• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Təhsil Tələbə Krediti ilə bağlı ən çox soruşulan suallara CAVAB

  • 16-06-2023, 09:33

 

Edupress.az  Təhsil Tələbə Krediti ilə bağlı ən çox soruşulan suallara CAVABları fondun rəsmi saytına istinadən təqdim edir:

Sual 1. Təhsil tələbə kreditinin əhatə dairəsi necədir və hansı tələbələr müraciət edə bilərlər?

Cavab: Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları.

Sual 2. Təhsil tələbə kreditinin hansı növləri var?

Cavab: Sosial (illik 2%) və Standart (illik 6%).

*Təhsil göstəricilərinə əsasən, güzəşt hüququ əldə etdikdə 0% (faizsiz)

Sual 3: Hansı tələbələr Sosial kredit növündən istifadə edə bilərlər?

Cavab: - Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;

- ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər;

- Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs):

- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;

- işsiz kimi rəsmi qeydiyyatlıdırsa;

- yaşa görə əmək pensiyası alırsa;

 - yaşa görə sosial müavinət alırsa.

Qeyd: Kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır.

Sual 4: Hansı tələbələr Standart kredit növündən istifadə edə bilərlər?


Cavab: Sosial kredit almaq üçün müvafiq statuslara malik olmadığı təqdirdə, aşağıdakı hər iki şərti təmin edən tələbələr:

1. Birinci tədris ilinin ilk semestri üçün qəbul imtahanında toplanan balın təsdiq edilmiş minimum həddindən yuxarı bal, növbəti semestrlərdə isə sonuncu ÜOMG-si 71 və yuxarı bala malik olmalı;

2. İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəməli.

Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır.

Sual 5: Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil krediti almaq hüququnu müəyyən edən qəbul imtahanında toplanan minimal həddi neçə baldır?

Cavab:  Bakalavriat səviyyəsi üçün 250; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal)

Magistratura səviyyəsi üçün 50;
Subbakalavriat səviyyəsi üçün 110.

Sual 6: Tələbə hər semestr üçün hansı məbləğdə kredit ala bilər

Cavab: Təhsil müəssisəsindəki həmin ixtisas üçün rəsmi qaydada təsdiq edilmiş illik təhsil haqqı məbləğinin bir semestr üçün olan miqdarında: Məsələn, tələbənin illik təhsil haqqı 2000 manatdırsa, Sosial kredit üzrə:

- Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;
- İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.

Standart kredit üzrə:

- Birinci semestr 600 ((2000/2) - (2000*20%)) manat kredit ayrılacaq;

- İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;

 Sual 7: Təhsil krediti hansı müddətə verilir?

Cavab: Bu müddət tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə verilən güzəşt və möhlət dövrlərindən asılıdır. Məsələn, bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.

Sual 8: Tələbə təhsil krediti aldıqdan sonra hansı dövrlərdə ondan kredit geri istənilmir və faiz hesablanmır?

Cavab: Əyani təhsil aldığı dövr, güzəşt dövrü və möhlət müddətlərində.

 Sual 9: Möhlət hansı hallarda və müddətə verilir?

Cavab: Təhsil kreditinin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, onun qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

 

  • yuxarı təhsil səviyyəsində əyani təhsil;
  • həqiqi hərbi xidmət dövrü;
  • məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
  • işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

 

Sual 10: Təhsil kreditlərində hansı tələbələr üçün və nə kimi güzəştlər nəzərdə tutulub?

Cavab: Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki:

-Sosial növdə ÜOMG-si 71, Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;

-Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.

*Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.

Sual 11: Tələbələr təhsil krediti almaq üçün ilk olaraq nə etməlidirlər?

Cavab: Tələbə istənilən notariat ofisinə yaxınlaşaraq təhsil krediti müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqlarını (aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatlarının əldə edilməsinə dair) təsdiq etmək üçün müraciət etməlidir (yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə birlikdə).

*Bu ərizə növbəti müraciətlər üçün də istifadə edilə bilər.

Sual 12: Tələbə kreditlə bağlı imtina aldıqda və ya hansısa sualı yarandıqda hara müraciət etməlidir?Cavab: Tələbələr elan dövrü ərzində imtina səbəbini aradan qaldırdıqdan sonra sistemə təkrar müraciət edə bilərlər.

Əlaqə üçün isə https://e-ttkf.edu.az/ portalının əlaqə bölməsinə müraciət edə bilərlər.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!