• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BSU-da Milli Qurtuluş Gününə həsr olunmuş elmi seminar keçirilib

  • 15-06-2023, 12:55

 

 

İyunun 14-də Bakı Slavyan Universitetində (BSU)  15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi seminar keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq, müasir müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün əhəmiyyətindən söz açıb. Rektor hər bir xalqı yeniliyə, inkişafa aparan günlərin olduğu kimi, Milli Qurtuluş Gününün də xalqımızın azad olmasına, yeniliyə aparan tarixi gün olduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəlində kommunist münasibətlər sisteminin çökməsi ilə dünyada yaranan yeni geosiyasi reallıqlar kontekstində Azərbaycanın  bir əsrdə ikinci dəfə öz müstəqilliyini elan etmək imkanı qazandığını  deyib. O, ərazilərimizin bir hissəsinin işğal olunduğu həmin çətin tarixi dönəmdə respublikamızın iqtisadi və beynəlxalq əlaqələri qurmaq üçün böyük bir yol getməli olduğunu xatırladıb. Anar Nağıyev tarixə qısa ekskurs edərək, Ulu öndər Heydər Əliyevin hələ Naxçıvanda olarkən Azərbaycanın dirçəlməsi üçün mühüm addımlar atdığını deyib. 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlərə toxunaraq, hüquqi dövlətin yaradıldığını, bütün sahələrdə inkişaf və dinamikanın genişləndiyini, bütün bu addımların Ulu öndərin dövlətçilik bacarıqlarının nəticəsi olduğunu deyib. Məhz onun hakimiyyəti dövründə iqtisadiyyatın gələcək konturlarının müəyyən olunduğunu qeyd edib. Ulu öndərin bütün dünya azərbaycanlılarının həmrəyliyi və Azərbaycançılıq ideyasının  müəllifi olduğunu diqqətə çatdırıb. Heydər Əliyevin dünya tarixində silinməz iz qoyan nadir şəxsiyyətlərdən olduğunu deyib.

Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi yeri olduğunu deyən rektor bu tarixdən sonra Azərbaycanın daha geniş inkişaf yoluna qədəm qoyduğunu nəzərə çatdırıb. Anar Nağıyev məhz Heydər Əliyevin Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafında, sonrakı mərhələdə, ölkəmizin zəfər qazanmış nüfuzlu, etibarlı partnyor kimi qəbul olunması istiqamətində həyata keçirilən bütün fəaliyyətin başlanığıcının Milli Qurtuluş Günündən qoyulduğunu deyib.

Hazırda Ulu Öndərin siyasi xəttinin və strategiyasının layiqli davamçısı olan, Azərbaycanın inkişafında öz töhfələrini verən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib, çiçəklənən ölkənin vətəndaşı olmağımızla fəxr etdiyimizi və bundan sonra da fəxr edəcəyimizi bildirib. Rektor Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan  olunmasının Azərbaycan xalqının bu dahi şəxsiyyətə verdiyi dəyərin təzahürü olduğunu vurğulayıb.

Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova “15 iyun-Azərbaycan xalqının taleyini dəyişən tarix”  adlı məruzəsində  Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin inkişafında mühüm mərhələnin başlanğıcının qoyulduğunu qeyd edib. Ümummilli liderin müdrik və uzaqgörən siyasətindən, misilsiz xidmətlərindən danışıb. 1993-cü ilin 20 iyununda Azərbaycan xalqının həqiqətlərini çatdırmaq üçün yerli və xarici jurnalistlərlə görüşün keçirilməsinin ölkənin informasiya blokadasından çıxması istiqamətində atılmış məqsədyönlü addım olduğunu deyib. O, Milli Qurtuluş Gününün  Azərbaycan dövlətçiliyinin xilası günü kimi həm də ölkənin gələcəyini müəyyən etdiyini bildirib.

Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Zəfər tarixinə gələn yolun başlanğıcı” adlı məruzəsində Azərbaycanın zəfərinin bünövrəsinin məhz 15 iyun tarixində qoyulduğunu deyib. Həmin dövrdə baş verən gərgin ictimai-siyasi proseslərə nəzər salaraq,  Ulu öndər Heydər Əliyevin ölkənin strateji inkişaf planını müəyyənləşdirdiyini diqqətə çatdırıb. 44 günlük  Vətən müharibəsində qazanılan zəfərin Ümummilli lider tərəfindən müəyyənləşdirilən  siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

Mövzu ətrafında müzakirələrə qoşulan Tərcümə fakültəsinin dekanı Kamran Hacıyev və  Azərbaycanşünaslıq və slavyan dilləri elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov tarixə ekskurs edib, 15 iyun tarixinin böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən bəhs ediblər. Gənclərin bu tarixi  öyrənməsinin vacibliyini diqqətə çatdırıblar.

Elmi seminar müzakirələrlə davam edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!