• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

UNEC- də Beynəlxalq Elmi Konfransı işə başlayıb

  • 23-06-2023, 05:32

İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb.

Bu barədə universitetdən Edupress.az-a məlumat verilib.

Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.

Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri qoyublar, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli və xarici tədqiqatçıların birgə hazırladıqları “Bir əsrin iqtisadi portreti” adlı kitab sərgisi ilə tanış olublar. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşması və beynəlxalq iqtisadi əlaqələrin inkişafındakı rolundan bəhs edən kitabın elektron versiyasının beynəlxalq elmi platformalarda indekslənməsi və dünya universitetlərinin kitabxana bazalarında yerləşdirilməsi nəzərdə tutulur. 

UNEC tərəfindən nəşr olunan “Türk dövlətləri işbirliyi: Mövcud vəziyyət, potensial imkanlar və gələcəyə istiqamətlənmiş perspektivlər”, “Exploring The Green Economy: Issues, Challenges and Benefits” və “Strateji idarəetmə” kitabları da konfransda nümayiş olunub. Konfrans çərçivəsində, Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş edildiyi “Əsrin 100 çaları” adlı rəsm sərgisinin açılışı olub. Həmçinin şəhid övladlarının əl işlərindən ibarət rəsm əsərləri sərgilənib.

Konfransın açılışında Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, TÜRKSOY-un baş katibi Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər.

 Açılış nitqi ilə çıxış edən rektor Ədalət Muradov bildirib ki, beynəlxalq elmi platformaların daimi üzvü olan və bu il beşincisi keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Rektor konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib: “Konfransda 19 yerli, 94 xarici ali təhsil müəssisəsi və tədqiqat mərkəzi təmsil olunur. 44 ölkədən 678 elmi tədqiqat işi konfransa qəbul olunub və 539 tədqiqatçı (166 xarici, 373 yerli) 80-dən çox mövzu üzrə tədqiqat nəticələrini təqdim edəcəklər. Tədqiqatlar əsasən yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat, süni intellekt, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı, Heydər Əliyev və ölkə iqtisadiyyatı və digər mövzuları əhatə edir. Elm komitəsi tərəfindən seçilmiş 100-ə yaxın tədqiqat işi platformalarda indekslənən beynəlxalq elmi jurnallarda nəşr olunacaq”. 

 Ədalət Muradov konfrans çərçivəsində həyata keçirilən tədbirlərin və nəşr olunan materialların UNEC ilə beynəlxalq iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçıların ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eləcə də Azərbaycanın elm və təhsilinə töhfəsi olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev UNEC-in ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq konfransın təhsilin keyfiyyətinə, eləcə də beynəlxalq reytinqlərə müsbət təsir göstərəcəyini bildirib. Universitetlərin reytinqlərinə təsir edən əsas amilin elmi araşdırmalar olduğunu deyən nazir tədqiqatların diferensial maliyyələşməsi məsələsinə də toxunub. E.Əmrullayev ali təhsilin əlçatanlığı və keyfiyyətinin təmin edilməsi istiqamətində görülən işlərdən də danışıb. Akkreditasiya prosesinin təkmilləşdirilməsinin bu sahədə atılan vacib addımlardan biri olduğunu deyib: “Artıq 5 ali təhsil müəssisəsi akkreditasiyadan keçib. UNEC-də bu siyahıdadır. Proqram akkreditasiyasından keçməyən ali təhsil müəssisələrinə qəbulun dayandırılmasının şahidi olacağıq”.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev konfrans iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin elm və təhsilə yüksək diqqət və qayğısından bəhs edən nazir müavini dahi şəxsiyyətin milli kadr hazırlığı, insan kapitalının formalaşması istiqamətində həyata keçirdiyi mütərəqqi islahatlardan danışıb. E.Əliyev ulu öndərin müəyyən etdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək, Heydər Əliyevin Türk Dünyasının Birliyi istiqamətində gördüyü işlərdən danışaraq, konfransın işinə uğurlar arzulayıb.

Sonra Fransanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Jan Perenin və ABŞ-ın Klivlend klinikasının həkimi Şapur Ənsarinin ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdükləri videoçıxışları nümayiş olunub. 

Çıxışlardan sonra rəsm əsərləri nümayiş olunan şəhid övladlarına Fəxri fərmanlar təqdim edilib.

Konfransda iştirak edən yerli və xarici qonaqlara dibçəklərdə 1000 ədəd şam ağacı hədiyyə olunub. Aksiyanın məqsədi konfrans çərçivəsində ölkəmizin bütün guşələrində ağac əkmək və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Konfrans  “Türk Dünyasında Çağırışlar” adlı paneldə rektor Ədalət Muradov və müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə Türk Dünyasının tarixi, iqtisadiyyatı və sosial həyatından bəhs edən maraqlı çıxış və müzakirələrlə davam edib. 

Konfransın ikinci günündə “Yaşıl Gün” təşkil olunacaq. Bu çərçivədə “Təmiz və Alternativ Enerji: Dayanıqlı İnkişafın Əsas Sütunu Kimi” və “İqtisadiyyatın Yaşıllaşdırılması: Yaşıl və Dairəvi İqtisadiyyat Vasitəsilə İnklüziv Artıma Nail Olmaq” başlıqlı panel müzakirələr olacaq. Həmçinin yerli və xarici spikerlərin iştirakı ilə dünyanın ən aktual mövzularına həsr olunan 14 vorkşop keçiriləcək. İyunun 25-dək davam edəcək konfrans öz işini onlayn formatda müzakirələrlə davam etdirəcək.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!