• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BDU tələbələrinin “Məzun günü” keçirilib

  • 24-06-2023, 05:00

İyunun 23-də Bakı Dövlət Universiteti (BDU) tələbələrinin “Məzun günü” keçirilib.

Edupress.az  xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Məzunları təbrik edən BDU-nun rektoru Elçin Babayev deyib:


“Təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı olan və 104 illik zəngin tarixə malik Bakı Dövlət Universitetinin məzunları sırasında elmə, mədəniyyətə, siyasətə layiqli töhfələr verən dahi və görkəmli şəxsiyyətlər çox olub. BDU-nun ən böyük məzunu, heç şübhəsiz, bu il 100 illik yubileyini həm ölkə daxilində, həm də ölkə xaricində böyük təntənə ilə qeyd etdiyimiz dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevdir. Ulu Öndər “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deməklə universitetimizə ən böyük qiymətini vermişdir. Həmişə fəxr edək və qürur duyaq ki, Ümummilli Liderimiz Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universiteti ailəsinin üzvləriyik və sizlər bu müqəddəs ali təhsil ocağından məzun olursunuz. Ulu Öndərin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universiteti 1919-cu ildə cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başladı. Bu gün isə universitetimizdə 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25 minə yaxın tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 21 elmi-tədqiqat, 23 tədris laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Bu gün 5000-dən çox tələbəmiz universitetimizdən məzun olur”.

 E.Babayev BDU-nun beynəlxalq əlaqələrindən və uğurlu layihələrindən, ikili diplom proqramı və nailiyyətlərindən də söz açıb.

 “Əziz məzunlar! Milli-mənəvi dəyərlərə, tarixi kökə bağlılıq, vətənpərvər ruhda tərbiyə, elmi-intellektual potensialın və gənclərin dövlət idarəçiliyində rolunun artırılması, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin yararlanması üçün möhkəm əsasların yaradılması məhz Prezident İlham Əliyevin uğurlu siyasətinin strateji hədəfləridir. Ölkə Prezidentinin rəhbərliyi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə ölkədə elm və təhsilin inkişafı üçün atılan addımlar, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər dövlətimizin inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Siz bu hərəkatın ən yaxşı daşıyıcıları olacaqsınız. Əminəm ki, BDU ailəsinin layiqli üzvü kimi hər biriniz fəaliyyət göstərəcəyiniz sahədən asılı olmayaraq hər yerdə və hər zaman təhsil ocağımızın adını uca tutacaqsınız. Biz öz məzunlarımızla qürur duyuruq. Əminik ki, valideynlərinizin, müəllimlərinizin və dövlətimizin sizə bəslədiyi böyük ümidləri doğruldacaqsınız”, - deyə rektor bildirib.

Sonra tələbələrin ifasında Bakı Dövlət Universitetinin himni səsləndirilib, Ulu Öndər və BDU haqqında videoçarx nümayiş etdirilib.

Xalq Artisti Ağadadaş Ağayevin ifasında “Xalqım Heydər deyəcək, xalq Heydər söyləyəcək” mahnısı səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, BDU-nun Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini deyib: "Siz qalib xalqın qalib gənclərisiz. Həyatınızın bu mərhələsini uğurla tamamlayıb növbəti mərhələyə qədəm qoyursunuz. Hər birinizə uğur olsun”.

BDU-nun İctimai Nəzarət Şurasının sədri, Milli Məclisin deputatı Arzu Nağıyev, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü Bəxtiyar Aslanbəyli, Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov, Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov (onlayn), BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva, valideynlər adından Kərim Kərimov və digər çıxış edənlər də məzunları təbrik edərək, onlara xoş arzularını bildiriblər.

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜOMG olan BDU tələbələrinin adları həkk edilib.

Tədbirdə daha bir ilk yaşanıb. Eyni anda “Məzun günü” keçirən BDU, İstanbul Texniki Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) ortaq bağlantı yaradıblar. İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, BDU rektoru Elçin Babayev və AzTU-nun rektoru Vilayət Vəliyev 3 universitetin məzunlarını təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyini bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!