• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Mütəxəssisdən sertifikasiya ilə bağlı maraqlı təhlil-Bu, daha yaxşı olar

  • 25-06-2023, 10:47

 

 Sertifikasiya imtahanında kəsilən müəllim, yoxsa sertifikatlaşdırmadan keçməyən müəllim?

Nəhayət sertifikasiyanın növbəti mərhələsini də başa vurduq. Rəsmi açıqlamalara görə ötən il test mərhələsinə dəvət edilən 11665 nəfərdən 11211-i imtahanda iştirak etmiş və onlardan 8843-ü keçid balını toplamışdı. Müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak etmiş və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmişdi. Sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənə isə 10 faiz əlavə təyin edilmişdi. Sertifikatlaşdırılma  prosesi zamanı birinci mərhələdən – test imtahanlarından 2427 müəllim 30 baldan az topladığına görə ikinci mərhələyə – müsahibəyə buraxılmamışdı. İkinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən isə 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməmişdi.

Məqsədim heç də bunda deyil. Sadəcə açıqlamadakı bir cümlə diqqətimi çəkdi: “Beləliklə, ötən il 2460 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilmişdi.” Təkcə, bir bu cümlə olsaydı, hardasa ötüşmək olardı. Gəlin baxaq görək, bu kimi ifadələr yeganədirmi? “Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunacaq?” ; “Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunmalıdırlarmı?” sualına, “Bir dəfə sertifikasiya imtahanında kəsilən müəllim yalnız 2-ci şans əldə edəcək” və s. bu kimi sual-cavablara  yazılı və elektron mediada azmı rast gəlirik?

Kiçik bir xatırlatma etmək yerinə düşər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilətəsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində  işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”sıpedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

 “Qayda”nın müvafiq maddələrinə diqqət yetirək:

 

5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

 Göründüyü kimi uğursuz nəticə göstərmək “Qayda”da “imtahandan kəsilmək” kimi deyil, “keçid balını toplaya bilməyən”, “sertifikatlaşdırmadan keçməyən” kimi ifadə olunub. Yəni, olmazmı ki,  cümləni “ötən il sertifikatlaşdırma prosesində imtahandan kəsilənlər”əvəzinə, Qaydaya müvafiq olaraq “ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayanlar” kimi işlədək? Kimsə mübahisə edib deyə bilər ki, sertifikatlaşdırmadan keçməyən və kəsilən mahiyyət etibarı ilə eyni şeydir. Xeyr, eyni şey deyil. İmtahandan kəsilmək ağır sözdür, Müəllim üçün isə bu, ikiqat ağır sözdür.

Növbəti illərdə digər fənn müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaqlar. Beş il ərzində bütün fənn müəllimlərinin sertifikatlaşdırmadan keçirilməsi planlaşdırılır. Gəlin, heç olmasa növbəti dəfələrdə müəllim “imtahandan kəsildi” sözünü dilimizə gətirməyək, sertifikasiyadan keçməyən müəllimlərin növbəti cəhddə keçməsinin təəssübkeşi, ilhamçısı və təminatçısı olaq. Bu gün təhsilimizin bir nömrəli problemi bütün vasitələrlə müəllim nüfuzunu qoruyub saxlamaqdan ibarətdir. Digər problemlər müəllim nüfuzu ilə bağlı məsələlərdir.

 

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!