• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycan İlahiyyat İnstitutunda Məzun Günü keçirilib

  • 25-06-2023, 13:06

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Məzun Günü keçirilib.

Ərazi bütövlüyümüzün qorunması və bərpası uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aİİ-nin birinci kurs tələbəsi, 44 günlük Vətən müharibəsi qazisi Turqut Alışov tərəfindən Quran tilavəti təqdim edilib.Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin ifasında ilahi səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İnstitutun, artıq beş ildir fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor vurğulayıb ki, ali təhsil müəssisəsi məzunlarını ikinci dəfədir yola salır.

İnstitutun dövlət qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, müəssisənin əsas məqsədi yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, dövlətçiliyə bağlı, Vətənini sevən mütəxəssislər hazırlamaqdır.

A.Şirinov daha sonra bildirib ki, tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi müasir dünyanın reallıqlarına uyğun şəkildə və birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncamla təsis edilən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

DQİDK sədri İnstitutun yaradılmasının həm ölkəmiz, həm region, həm də müsəlman dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb, Aİİ-nin, artıq Qafqaz bölgəsi üzrə dini təhsil sahəsində xüsusi yeri olduğunu diqqətə çatdırıb.  İnstitutun beş ildir fəaliyyət göstərdiyini bildirən M.Qurbanlı qeyd edib ki, ali təhsil müəssisəsi bu müddət ərzində dini kadr sahəsində güclü kadr hazırlığı həyata keçirməyə nail olub. 

İlahiyyat İnstitutunun professor-müəllim heyətini və tələbələri Məzun Günü münasibətilə təbrik edən Komitə sədri məzunlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Onların cəmiyyətimizə, dövlətimizə layiq kadr olacaqlarına, xalqımızın milli-mənəvi dəyərlərinin daha geniş təbliğ olunmasına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, f.f.d. Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini tədbir iştirakçılarına çatdırıb. F.Nurullayev məzunlara ilahiyyatçı olaraq ölkəsini mükəmməl təmsiletmə məsuliyyətini anlamağı, bu müqəddəs peşənin öhdəsindən layiqincə gəlməyi arzulayıb. O, bu məsuliyyətli vəzifədə məzunlara uğurlar diləyib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov çıxışında qeyd edib ki, dünyada bir çox münaqişələr dini zəmində törədilir. Bu kimi mənfi hallardan cəmiyyətimizi, dövlətimizi qorumaq isə əsas vəzifəmizdir. S.Heydərov dini mövqedə ölkəmizə qarşı edilən təhdidlərlə mübarizədə Aİİ məzunlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Sizin ümdə vəzifəniz dinimizi olduğu kimi cəmiyyətimizə çatdırmaqla yanaşı, milli-mənəvi dəyərlərimizə sahib çıxmaqdır”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov Aİİ məzunlarının cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində xüsusi rol oynayacaqlarını bildirib. O, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiriYadigar Məmmədli məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, Aİİ məzunlarının ölkəmizin hər bir nöqtəsində dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm işlər görəcəklərinə, multikultural və tolerant mühitin qorunmasında əllərindən gələni əsirgəməyəcəklərinə inam böyükdür.

Aİİ-nin məzunları adından çıxış edən Günel Aslanova ali təhsil müəssisəsinin kollektivinə təşəkkürünü bildirib. Bu ali təhsil müəssisəsindən məzun olmağın qürurunu yaşayan G.Aslanova bildirib ki, dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzusu idi və bu istəyinə yetişib. O qeyd edib ki, əsas məqsəd İslamı və digər dinləri daha mükəmməl öyrənmək və insanlara doğru şəkildə çatdırmaqdır.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun məzunları Tələbə Andı səsləndiriblər.

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!