• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Sertifikasiya prosesi təhsil sisteminə nə verəcək?-Elnur Nəsibovdan vacib qeyd

  • 25-06-2023, 13:44
Dünən təhsildə həm mahiyyət, həm də miqyas baxımından ən böyük proseslərdən biri olan müəllimlərin sertifikatlaşdırılması prosesinin imtahan mərhələsi uğurla başa çatdı. Ölkəmizin 13 şəhərində yerləşən 23 mərkəzdə baş tutan sertifikatlaşdırma 20-23 iyun tarixlərdə ibtidai sinif müəllimləri, 24 iyun tarixdə isə Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün keçirilmişdir.
 
Ümumilikdə, 20,000 ibtidai sinif müəllimi və 8500 dil və ədəbiyyat müəlliminin iştirak etdiyi sertifikasiya prosesi təhsil sisteminə, cəmiyyətimizə nə verəcək?
 
Təhsil prosesini təşkil edən tədris, məzmun və qiymətləndirmədə ən mühüm faktorlardan birincisi elə keyfiyyətli tədrisdir. Bu baxımdan, sertifikatlaşdırma tədrisin keyfiyyətinin artırılması üçün səmərəli mexanizm sayıla bilər. Bu mexanizm uzun müddətdir ki, bir sıra xarici dövlətlərin təhsil sisteminin təkmilləşdirilməsində tətbiq edilir. Ölkəmizdə də bu təcrübənin tətbiqi və genişləndirilməsi təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir.
 
Sertifikatlaşdırma həmçinin müəllimləri sosial-iqtisadi vəziyyətinin və ədalətli ödəniş sisteminin inkişafı baxımından da mühüm rola malikdir. Sertifikatlaşdırmadan uğurla keçən, minimum göstəricilərdən yuxarı nəticə göstərən müəllimlər və bu prosesdə uğur qazana bilməyənlər arasında differensiallaşma mühüm stimul vasitəsidir. Bu müəllimlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, rəqabət mühitinin inkişafı və nəticədə də tədris keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaqdır.
 
Müəllimlərin sertifikatlaşdırılması prosesi yalnız təhsil sisteminə aid mövzu deyil. Bu gün cəmiyyətimizin təhsildən böyük gözləntiləri var. Bir sıra hallarda mütəxəssislər, ictimai fəal insanlar təhsilə diqqət göstərir, müxtəlif hadisələri şərh edir, münasibət bildirir və tövsiyələr verir. Bu özü-özlüyündə müsbət haldır və cəmiyyətin təhsilə biganə qalmadığının göstəricisidir. Eyni zamanda, ictimaiyyətdə ümumi sosial-iqtisadi inkişafda təhsilə böyük ümidlərin olduğunun göstəricisidir.
 
Məhz elə bu səbəbdən, təhsil islahatlarının əsasını təşkil edən müəllimlərin sertifikatlaşdırılması, müəllimlərin işə qəbulu və digər mühüm proseslərin cəmiyyət tərəfindən dəstəklənməsinə ehtiyac var. Çünki ortamüddətli vədədə, hamımız cəmiyyət olaraq bu proseslərin müsbət nəticələrini görüb ondan bəhrələnmək imkanına malik olacağıq.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!