• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında ikili diplom proqramına start verildi

  • 03-07-2023, 04:35

“Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında magistratura təhsil pilləsində İkili Diplom Proqramına start verilidi.

Edupress.az  xəbər verir ki, bu proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.

Başqa sözlə, İngiltərəyə getmədən İngiltərə təhsilini ölkəmizə gətirən bu ikili diplom proqramının əsas məqsədi bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanmasıdır.

Fəaliyyəti, tamamilə, dövlət hesabına təmin ediləcək proqram çərçivəsində Azərbaycan təhsili üçün yeni imkanlar açacaq Tədris Proqramı 2024 QS dünya universitetləri reytinq cədvəlində 67-ci yerdə olan Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə reallaşacaq.

Proqram “Warwick Manufacturing Group” (WMG) tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir.

Proqrama uyğun olaraq tələbələr İngiltərənin tanınmış bərpa olunan enerji şirkətlərinə baş çəkmək və Böyük Britaniyada günəş fermalarını və külək turbinlərinin istismar zonalarını araşdırma fürsətini əldə edəcəklər. Yay Məktəbi Sessiyası ərzində tələbələrə, həmçinin, “Advanced Renewable Energy Technologies” və “UK Renewable Energy Sector” fənn blokları tədris olunacaqdır

Sözügedən təhsil proqramı üçün tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin karbonsuz təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcəklərdir.

Proqrama qəbul şərtləri:

6.5 IELTS imtahan balı (hər bir komponent üzrə minimum 6.0 olmaqla);

Namizədin motivasiyasını, şəxsiyyət və ünsiyyət bacarıqlarını, həmçinin yaradıcılığını nümayiş etdirən video müraciət (maksimum 2 dəqiqə uzunluğunda);

2023-cü il Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan magistraturaya qəbul imtahanından minimum 30 keçid balı;

Bakalavr dərəcəsinə uyğunluq (ixtisaslar posterdə qeyd edilib);

Qeyd: Əgər siz IELTS imtahanında iştirak etməmisinizsə və Dövlət İmtahan Mərkəzi tərəfindən cari il üzrə keçirilən magistratura imtahanında iştirak etmisinizsə, buradan https://soft-mod.com/form/interest-apply  qeydiyyatdan keçərək Tədris Proqramına olan marağınızı nümayiş etdirə bilərsiniz. Bundan sonra potensial namizədlər üçün 07/07/2023 tarixində ödənişi namizədlər tərəfindən edilməklə qapalı IELTS imtahan sessiyası təşkil olunacaq. Əgər namizəd İkili Diplom Proqramına daxil olarsa, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu xərci tələbəyə geri ödəyəcək.

Tədris Proqramı barədə ətraflı məlumat və yeniliklər üçün asoiu.edu.az saytına daxil olun və ya posterlərdəki QR kodları skan edin!

Əlavə suallarınız üçün [email protected], rəsmi qeydiyyat və qəbulla bağlı məsələlərlə bağlı [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Bizimlə (+994) 503408827 nömrəsi ilə WhatsApp vasitəsilə də əlaqə saxlaya bilərsiniz.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!