• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Rektor Anar Nağıyev: "BSU-nun tələbə kontingentinin sayının artacağı gözlənilir"

  • 03-07-2023, 08:42

 

 

 

 

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 2023/2024-cü tədris ilində universitetdə balkanistika ixtisasının açılacağını, bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlərin görüldüyünü bildirib. Sözügedən ixtisasın balkanşünaslıq istiqamətində yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradılacağını vurğulayıb. Anar Nağıyev yeni tədris ilində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə BSU-nun birgə üçlü layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Polşa Ali Təhsil Agentliyinin xətti ilə müəllim mübadiləsi üzrə mövcud müqavilədən söz açan rektor bu ilin oktyabrından Polşadan iki müəllimin universitetə gələcəyini deyib. O, həmçinin qeyd edib ki, Polşanın və Bolqarıstanın tərəfdaş universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir. Keçən tədris ilində iki tələbə Polşada təhsil alıb. O, qeyd edib ki, bu il beş tələbə və iki müəllimin Bolqarıstanda yay məktəbində iştirakı nəzərdə tutulub.

BSU-da 100-ə yaxın əcnəbi tələbənin təhsil aldığını deyən Anar Nağıyev bu kontingentin Türkiyə, Rusiya, Belarus, Macarıstan və digər ölkələri əhatə etdiyini bildirib. Rektor Polşa, Şimali Makedoniya, Çexiya, Bolqarıstan universitetləri ilə ikili diplom proqramları üzrə işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, o, qeyd edib ki, bu günlərdə Türkiyənin Türk-Alman Univeristeti ilə əməkdaşlıq müqaviləsi bağlanıb.

2023/2024-cü tədris ili üçün qəbul aparılan yeni ixtisaslara toxunan rektor deyib ki, keçən il bakalavriat səviyyəsinə iki yeni ixtisasa – “Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasına qəbul aparılıb. Bu il isə bakalavriat səviyyəsinə dörd yeni ixtisasa - "Politologiya", “Tarix müəllimliyi”, "Tərcümə" (rus dili-türk dili), "Filologiya" (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsinə isə “Menecment” (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılır. Keçən ilki qəbulda plan yerlərinin dolduğunu bildirən Anar Nağıyev bu il daha yüksək nəticənin gözlənildiyini bildirib. “Bu il təxminən 30 faizədək yeni qəbul gözləyirik. Yeni ixtisaslara qəbul aparıldıqdan sonra BSU-nun tələbə kontingentinin sayının artacağı gözlənilir”- deyə o, qeyd edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!