• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Təhsilin İnkişafı Fondu qadınlara təqaüd ayırdı

  • 10-07-2023, 15:44

İKT sahəsində cəmiyyətdə öz yerlərini tuta bilmələri üçün

 

Təhsilin İnkişafı Fondu daha bir layihəyə imza atıb. Bu dəfə 15-40 yaşlı qadınlara təqaüd ayrılıb. Məqsəd qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması,  cəmiyyətdə müvafiq olaraq öz yerlərini tuta bilmələridir.  Bunun üçün Fondla “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi arasında “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramının təsis edilməsi məqsədi ilə Anlaşma memorandumu imzalanıb.

Sənədi iyulun 7-də Azərbaycan Texniki Universitetində (AzTU) gerçəkləşən tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə imzalayıblar.

Tədbirdə Elm və Təhsil Nazirliyinin, nazirlik yanında İctimai Şuranın, Azərbaycan Texniki Universitetinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Azərbaycan Mətbuat Şurasının, dövlət və özəl qurumların, təlim və tədris müəssisələrinin nümayəndələri iştirak ediblər.

AzTU-nun rektoru Vilayət Vəliyev bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, təqaüd proqramının Azərbaycanın ilk riyaziyyatçı qadın alimi, riyaziyyat elminin inkışafında böyük töhfəsi olan Maya xanım Hacıyeva adına olması xüsusi əhəmiyyətə malikdir. M.Hacıyevanın əslən şuşalı olması isə, təqaüd proqramını hər birimiz üçün doğmalaşdırır.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbirin başlıca məqsədi haqqında məlumat verib. E.Nəsibov müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye və biznes nümayəndələrinin iştirakının əvəzsiz rol oynadığını bildirib. Qeyd olunub ki, innovativ mühitin yaradılmasını sənayenin iştirakı və tərəfdaşlığı olmadan təsəvvür etmək mümkün deyil. Dəyişən dünyada universitetlərin də dəyişən rolunu nəzərə almaq lazımdır. Yekunda E.Nəsibov bütün iştirakçıları AzTU-da əsası qoyulan universitet-sənaye işbirliyi mərkəzindən yararlanmağa dəvət edərək, digər ali təhsil ocaqlarında da bu cür mərkəzlərin yaradılacağına umid etdiyini bildirib.  

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli formalaşan əmək bazarının açarının hər zaman təhsil olduğunu vurğulayıb. M.Abbasbəyli qeyd edib ki, təhsil dedikdə, ənənəvi təhsili deyil, təhsildə yeni metodlar və yanaşmalar nəzərdə tutulur. Müasir dünyada gənclərin inkişafı, fərdi şəkildə əmək bazarına hazırlanması prosesində bu kimi layihələr çox böyük önəm daşıyır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva ölkə vətəndaşlarının hazırda dövlət və özəl qurumlar tərəfindən yaradılmış imkanlardan faydalana bildiyi üçün çox şanslı olduqlarını vurğulayıb. İ.Vəliyeva Azərbaycanda müxtəlif qurumlar tərəfindən verilən təqaüdlərin yalnız 35%-nin qadınlar tərəfindən əldə edildiyini bildirərək bu tip təqaüd və dəstək proqramlarında qadınların xüsusi ehtiyaclarının nəzərə alınması vacibliyini vurğulayıb.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə isə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla, 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var. O, bu cür proqramların olmasının ölkəmizin imici üçün də çox vacib olduğunu qeyd edib.

 Yekunda təqdimatla çıxış edən “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təhsil proqramları üzrə tərəfdaşı Leyla Hacıyeva təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib. Bildirib ki ki, əsas məqsəd qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması, cəmiyyətdə müvafiq olaraq öz yerlərini tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

Qeyd edək ki, təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və digər daxilolmalar hesabına ayrılacaq. Proqrama Azərbaycan vətəndaşı olan 15-40 yaş aralığında olan qadınlar müraciət edə bilərlər.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!