• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

  • 11-07-2023, 04:38

Sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Sertifikatlaşdırma prosesi 2025-2027-ci ildə tam başa çatacaq. 2025-ci ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə 2026-cı ildə növbəti dəfə imtahan vermələri üçün şans yaradılacaq. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəbdə dərs demək istəyən müəllim sertifikasiyadan keçərək öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir. 2023-cü ildə 35 min müəllim sertifikasiyaya cəlb olunacaq. Ötən il 11133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əməkhaqqına 35 faiz, 3426 müəllimin əməkhaqqına isə 10 faiz əlavələr edilib. Bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olundu. Eyni zamanda, ölkə üzrə Azərbaycan dili və ədəbiyyat müəllimləri də sertifikasiya imtahanında iştirak etdilər. Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Sertifikasiyaya cəlb olunan 35 min müəllimin böyük əksəriyyətinin əməkhaqqısı ya 10 faiz, ya da 35 fazi artacaq: "Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfədən çox artıb. 2022-ci ilin yanvar və sentyabr aylarında, 2023-cü ilin isə fevral ayında artımlar olub".

E.Əmrullayevin sözlərinə görə, sertifikasiya prosesi ilk növbədə təhsildə keyfiyyəti yüksəltməyə, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmağa yönəlib: "İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib. Sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb".

Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb. 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib: "Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub. Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40+dur".

Nazirin dediyinə görə, bu il 5 min insan müəllim olmaq istəyir. Müəllimlik peşəsi ən rəqabətli sahədir: "Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Biz görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib. Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına hesablamışıq. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək".

E.Əmrullayev qeyd edib ki, gələcəkdə yüksək bal toplayan müəllimlər metodist ola bilərlər. Məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var: "Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Müəllimlik peşəsi ən rəqabətli sahədir. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Bu il 56 min insan müəllim olmaq üçün müraciət edib. Sertifikatlaşdırma prosesi müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablanıb. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlərə başlanılacaq. Ən başlıcası odur ki, sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslərə 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı yaradılacaq".

Nazirin sözlərinə əsasən, sertifikasiya imtahanlarının suallarının məzmunu getdikcə çətinləşdiriləcək. Proses zamanla həyata keçiriləcək: "Birdən-birə çətinlik dərəcəsini qaldırmağın hansısa faydası olmayacaq. Lakin bu, hələ gələcəyin işidir. Hazırda məsələ ilə əlaqədar işlər aparılır. Bizim iki məqsədimiz var, birincisi, keyfiyyəti qaldırmaq, ikincisi, həmin keyfiyyəti bərabər paylamaq".

Elm və təhsil naziri deyib ki, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənlə problemi ola bilməz: "Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da, var. Rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər. Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır".

E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: "Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi".

Nazir əlavə edib ki, biz savadsızlığa qarşı total reaksiya vermirik. Bu problemi nazirlik tək həll edə bilməz: "Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq".

E.Əmrullayev vurğulayıb ki, orden və medalların dəqiq mənası göstərilməlidir: "Çünki bir müəllim medal və ya orden alması digər müəllimə haqsızlıq ola bilər".

Nazir onu da bildirib ki, məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz, çünki bu, bəzi neqativ hallara səbəb olur: "Bu, təxminən 2000-ci illərin əvvəlinə qədər belə idi. Həmin illərin statistikasına baxanda görürük ki, bəzi direktorlar məktəblərə kimləri müəllim kimi işə götürüb".

Nazir həmçinin deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi çətindir: "Saxta yolla alim adı almış adamla, səmərəli, yaxud səmərəsiz alimi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik".

Təhsil eksperti Nadir İsrafilov bildirir ki, müəllim əməyinin qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar: "Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur. Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Odur ki, müəyyən müddətdən bir müəllimlər biliyini nümayiş etdirməlidirlər. Yəni bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir".

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) ilə sertifikasiya imtahanını bir tutmaq olmaz. Ancaq MİQ imtahanı ilə sertifikasiya imtahanının məzmunu eynidir. Nəzərə alsaq ki, müəllimlərin işə qəbulu daha rəqabətlidir və çətindir. Buna görə də onların 2 il sonra yenidən imtahana girməsinə ehtiyac yoxdur. Onların əsas gücləndirməli olduqları məsələ nəzəri bacarıqlarının praktikada keyfiyyətli şəkildə tətbiq etməsidir. Praktik bacarıqlara yiyələnməyə ehtiyac var. Biliklərini praktika ilə möhkəmləndirməlidirlər:  "Əlbəttə ki, müəllimlərin işə qəbul üzrə müsabiqə sertifikasiyadan bir qədər fərqlidir. Biz "sertifikasiya sadədir, MİQ isə çətindir" deyə bilmərik. Çünki sertifikasiya faktiki işləyən şəxslərin ümumi bilik və bacarıqlarının yoxlanılması məqsədilə keçirilən və onun əsasında növbəti illərdə işləyib-işləyə bilməməsi haqqında bir növ qərarverici imtahandır. MİQ isə müəllimlərin bilik və bacarıqlarını yoxlayaraq onların iş yerlərinə yerləşdirilməsi prosesi üçün nəzərdə tutulub. Hər imtahanın öz şərti var və bal nisbəti də tamamilə fərqlidir. Həmçinin, MİQ-də kütləvi halda 40-50 min, sertifikasiya imtahanında isə mərhələli şəkildə 8-10 min müəllim iştirak edir. Əslində, sertifikasiya imtahanları MİQ-ə hazırlaşanlar üçün əlavə bir stimul olmalıdır. Çünki sertifikasiya vakant yerlərin artmasına gətirib çıxarır".(525.az)

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!